• 22 Dekabr 2024

Peyğəmbərimiz (səv)-i aşağılıyanlara necə cavab verməliyik.

nebeviDövrün Əbu Cəhillərinin, Əbu Ləhəblərinin, Peyğəmbər Əfəndimiz səllallahu aleyhi səlləmə təhqir etmələrində təəccüblü bir şey yoxdur. Çünki oğrunun, işi həmişə zərgər dükanını soymağa çalışmaqdır. Meyvəli ağac, daşlanar. Dünənin Əbu Cəhillərindən bugünkülərə qədər bütün cahil topluluqlar tərəfindən Əfəndimiz səllallahu əleyhi səlləmin həyatı şəxsiyyəti ən kiçik təfərrüatına qədər araşdırılmış, ancaq tənqid edilə biləcək heç bir xüsus tapılmamışdır.
Belə olunca da kinlərini yatırda bilmək üçün böhtan təhqirdən başqa çarə tapa bilməməkdədirlər. Haqq ilə batilin mübarizəsi qiyamətə qədər davam edəcəkdir.
Çünki tarix təkrar təkrar səhnəyə qoyulan bir teatr oyunu kimidir. Oyunçular  dəyişsə , ssenari dəyişməz. Minlərlə il əvvəl Həzrəti İbrahimə, Həzrəti Musaya iman etməyən, onları yalançı hesab edən zalım həyasız Nəmrud Fironların aqibəti ilə, Fəxrii Kainat Əfəndimizə eyni əziyyət təhqirlər edən Əbu Cəhilin, Əbu Ləhəbin aqibəti eyni olmuşdur. Hər zaman, Haqqa düşmənçilik edənlərin aqibəti eyni olacaqdır.
Belə olan halda qarşımıza belə bir sual çıxır:
Bu böhtanlar qarşısında biz ümməti Məhəmməd olaraq nə etməliyik? Onlar, bu təhqirlərlə, Əfəndimizin həqiqətini pərdələmək istəyirlər. Çıxardıqları səs-küylə Quran kəlamının eşidilməsinin qarşısını almaq istəyirlər. Ortaya qoyduqları görüntü kirliliyi  ilə, mübarək nurdan insanların gözlərini uzaqlaşdırmaq istəyirlər.

O halda, bizim etməyimiz lazım olan; Fəxri Kainat Əfəndimizin nümunə şəxsiyyətini müstəsna əxlaqını halımızla yaşayışımızla təmsil edərək insanlığa gözəl nümunə olmaqdır.

mənbə:

Read Previous

Zülqərneyn əleyhissalamın vəsiyyəti

Read Next

Tariximizin şərəf mübarizəsi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.