• 22 Dekabr 2024

Tariximizin şərəf mübarizəsi

20 yanvar1 20 YANVAR – TARİXİMİZİN ŞƏRƏF MÜBARİZƏSİ

20 yanvar faciəsi Azərbaycan xalqına, humanizmə və insanlığa qarşı törədilmiş dəhşətli cinayətdir.

20 Yanvar Azərbaycan xalqının hüzn və şərəf günüdür. Xalqımız bu faciədə həyatdan getmiş övladlarına matəm saxlamaqla bərabər, onların şəhidlik zirvəsinə baxaraq başını dik tutmalıdır. Çünki Vətən və torpaq, şəhidləri ilə ucalır. necə deyərlər:

Bayraqları bayraq edən üstündəki qandır.

Torpaq əyər uğrunda ölən varsa vətəndir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın o vaxtkı rəhbərliyinin istəyi və SSR-İ rəhbərliyinin əmri ilə Azərbaycanda kommunist rejimini saxlamaq və milli azadlıq hərəkatını boğmaq məqsədilə Bakıya, sayı 35 minə yaxın böyük bir ordu yeridilmişdi. SSRİ Müdafiə Nazirliyi, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi “Udar” adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı “ALFA” və SSRİ DTK-sının “A” təxribat qrupları oynayırdı.

Əməlyatın əhəmiyyətini və çətinliyini nəzərə alan SSR-İ rəhbərliyi əməlyata SSR-İ müdafiə naziri general Yazovu rəhbər təyin etmişdi. Bu plana uyğun olaraq əvvəlcədən televiziyanın enerji bloku partladıldığından, radio və televiziya verilişlərinin yayımı dayandırılmışdı. Qəzetlər də çıxmırdı. Mərkəzi mətbuat və Rusiyanın televiziya kanalları isə hadisəni təhrif edən yalan məlumatlar yaymaqda idi. Görünməmiş zorakılıqla üzləşən, qanı küçələrə axıdılan insanlar, informasiyasız və köməksiz qalmışdı.

Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında beş millətin nümayəndələri, 20-dən çox qadın və uşaq var idi. “Qara Yanvar”ın indiyədək özündə saxladığı sirlər çoxdur. 100 cildlik istintaq materialının 69 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılıb və bir daha geri qaytarılmamışdır.

20 Yanvar, Azərbaycan xalqının tarixində, sadəcə ağrı və acı ilə xatırlanacaq gün deyil. 20 Yanvar Azərbaycan xalqının şan və şərəf günüdür. Unutmamalıyıq ki, həmin gün küçələri boyamış şəhid qanları bir anlamda milli məfkurəmizin oyanan günəşinin qırmızı şəfəqini simvolizə edirdi. Xalqımız həmin gün üstünə şığıyan dəhşətli kabusa, sovet hərbisinin qorxunc vəhşətinə qarşı sinəsini verməyi, özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı. Məhz həmin hadisələr bilavasitə nümayiş etdirdi ki, Azərbaycan xalqı özgürlük mübarizəsinə qalxmaq, pozulmuş hüquqlarının və suverenliyinin bərpa olunması uğrunda savaşmaq əzminə sahibdir. 1990-cı ilin 20 Yanvarı Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi idi.

Hələ bundan sonra Azərbaycan xalqı xocalı və qarabağ müharibəsi kimi tarixin ağır sınaqlardan üzü ağ, alnı açıq çıxacaq və öz mübarizliyini bir daha dünyaya nümaiş etdirəcəkdi. ALLAH bütün şəhitlərimizə rəhmət etsin.

 

Read Previous

Peyğəmbərimiz (səv)-i aşağılıyanlara necə cavab verməliyik.

Read Next

Fransa baş naziri bu müsəlmanı qəhrəman elan etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.