Fateh Sultan Mehmet Xan İstanbulun fəthindən sonra Bizans zamanında zindana atılan bəzi insaflı keşişlərin Osmanlı Dövləti haqqındakı fikirlərini soruşmuşdu. Onlar da ancaq bir müddət araşdırdıqdan sonra öz qənaətlərini bildirəcəklərini söylədilər.
Keşişlər özlərinə verilən fərmanla hər yerə girib çıxırdılar. Səhərin erkən saatında bir baqqala gedərək nə isə alacaqdılar. Baqqal:
“Əfəndim, mən siftə etdim. Siz siftə etməyən bu qonşumdan alın!” -dedi.
Keşişlər bu İslam qardaşlığı mənzərəsinə heyran qaldılar… Həqiqətən mənfəətpərəstlikdən təmizlənmiş, müsəlman qardaşını düşünən bu yetkin şəxsiyyətə qibtə etməmək mümkün deyildi.
Sözün qısası, Allah üçün olan həqiqi dostluq fərqli bədənlərin eyni ürəklə yaşaması kimidir. Din qardaşlığının məsuliyyətini həssas və fədakarcasına bir xidmətlə ifa səyində olanların ömrü fani həyatlarından sonra da davam edər. Onlar hər zaman rəhmətlə yad edilərlər. Eynilə mühacirlər, ənsar və könül dünyalarını bir vəqf halına gətirə bilən möminlər kimi…
Rəsulullah (s.ə.s) belə buyurmuşdur:
“İnsanlardan biri ilə dostluq edərək olsaydım, Əbu Bəkri özümə dost seçərdim. Lakin İslam qardaşlığı daha üstündür.”[1]
[1] Buxari, Salət, 80