Ramazan ayında üzr (gün ərzində səhhətindəki problemlə bağlı olaraq dərman və ya iynələrdən istifadə edən xəstələr) və ehtiyac səbəbi ilə oruc tuta bilməyənlərin bu ayda tutmadıqları günlərin sayı qədər başqa aylarda oruc tutması fərzdir.[1]
Heyz, səfərilik, xəstəlik və yaxud bu kimi üzr və ehtiyaclardan başqa elə hallar vardır ki, bunlar oruca mane olub, hətta onu poza bilər. Belə hallarda da onun yerinə kəffarə-cəza lazım olmadan günlərin sayı qədər qəza edilməsi lazım gələ bilər. Bunlar aşağıdakılardır:
- Oruclu olduğunu bildiyi halda, tədbirsizlikdən boğazından bir şey keçməsi.
- İmsak vaxtının girdiyini bilməyərək sahur etmək.
- Niyyətin vaxtını keçirərək günortadan sonra niyyət etmək.
- Günəşin batdığını zənn edərək xəta ilə vaxtından əvvəl iftar etmək.
- Cinsi münasibət xaricində hər hansı bir yolla şəhvətlə məninin xaric edilməsi.
- Oruclu olduğunu unudaraq yeyib yaxud içdikdən sonra yadına düşdüyü anda (yemə-içməyi kəsib oruca davam etməsi lazım ikən) pozuldu deyərək yeyib- içməyə davam etmək.
- Ağızda tüpürcəkdən çox qanı udmaq.
- Səhhətinə xələl gətirmə ehtimalı yaxud oruc tuta bilməyəcək qədər zəiflik səbəbi ilə pozmaq.
- Oruclu ikən heyz adətinin başlaması, yaxud niyyətli ikən əmizikli uşağın südünün azalması səbəbilə pozmaq.
- Oruclunun ixtiyari olaraq ağız dolusu qusması.(istər az, istər çox olsun qeyri ixtiyari qusma və ağız dolusu olmayan ixtiyari qusmalar oruca mane deyil.)
Bu hallar ramazan orucunun digər aylarda qəza olaraq (tutulmayan günlərin sayı qədər) tutulmasını gərəkdirir. Bu hallar xaricində orucun bilərəkdən pozulması kəffarə-cəza olaraq (pozulan və ya üzürsüz olaraq tutulmayan) hər oruca görə müəyyən sayda (tutulmayan və ya üzürsüz olaraq pozulan) qəza orucu da əlavə olmaqla tutulmalıdır.
Ramazan ayı bitdikdən sonra irəlidəki ramazana ədər ömrümüz yetməyə bilər. Qəza borcdur. Borcumuzu ödəyək.
[1] Bəqərə, 2/183