• 25 Noyabr 2024

Müsəlmanlar

Müsəlman kişilər, müsəlman qadınlarla olduğu kimi, əhli-kitab yəhudi və xristianlarla da evlənə bilər. Ancaq müsəlman qadınlar isə, sadəcə müsəlman kişilərlə ailə qura bilər, islamdan başqa bir dinin nümayəndəsi ilə evlənməsi qadağandır. Qeyri-müsəlman ər-arvad müsəlman olduqda təzə nikaha ehtiyac yoxdur. Çünki sosial bir əqd yönü ilə nikah, müsəlmanlar arasında olduğu kimi qeyri- müsəlmanlar arasında da həmin funksiyaya malikdir.

Əhli-kitab ər və arvaddan əri müsəlman olarsa bu halda ikən nikaha davam edilə bilər. Çünki bu, müsəlman bir kişinin əhli-kitab qadınla evliliyi kimidir. Ancaq qadın islamı seçər, kişi bunu rədd edərsə, belə bir halda nikaha xitam verilər.

İbn Abbasdan rəvayət edildiyinə görə: “Xristian bir qadın ərindən əvvəl müsəlman olsa, qadınla kişi bir-birinə haram olar.”[1]

Qeyd edək ki, belə bir hadisə zamanı Hz. Ömərin (r.a) tətbiq etdiyi kimi bir üsula mürəciət etmək ən doğru yoldur. Belə ki, Dihqanə Bəhz əl-Məlik adlı qadın müsəlman olmuşdu. Hz Ömər (r.a) qadının ərinə də müsəlman olması üçün təklif göndərdi. O, müsəlman olmağı rədd edincə xəlifə rəsmi sifətlə nikaha xitam verdi, o da, başqa bir qeyri-müsəlman qadınla evləndi. Ancaq Hz. Əli dövründə o da islamı qəbul edərək müsəlman oldu. Bu səfər qadına müsəlmanlıq təklif edildi. O də qəbul etmədiyinə görə aralarındakı nikaha xitam verildi.[2]


[1] Buxari, Talaq, 20

[2] Səraxsi, e.a.ə., V/46 (N. Dalgın, e.a.ə., s 243-dən nəqlən.)

Read Previous

XƏSTƏLİYİN ÖZ-ÖZÜNƏ YOLUXMASI YOXDUR! – Hədisinin Açıqlaması

Read Next

UŞAQ TƏRBİYƏSİNDƏ EDİLƏN 5 SƏHV