• 23 Noyabr 2024

DUALARIMIZ VƏ DƏSTƏYİMİZ AZƏRBAYCANLI QARDAŞLARIMIZLA BİRLİKDƏDİR

“Son günlərdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dövlət sərhəddində törədilən mənfur hücumların qarşısını almaq və vətən torpaqlarını qorumaq üçün şəhid olan bütün qəhraman azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət və kədərli ailələrinə səbr arzulayıram.”

Bu sözləri Türkiyə “Əziz Mahmud Hüdayi” vəqfinin fəxri başqanı, könül insanı möhtərəm Osman Nuri Topbaş deyib. Osman Nuri Topbaş, Azərbaycanın bu çətinliyin öhdəsindən gələcəyinə və düşmənə layiqli cavabı verəcəyinə inandığını vurğulayıb:

“Türkiyə və Azərbaycan “bir millət, iki dövlət” şüarı ilə sarsılmaz bir qardaşlıq əlaqəsi qurmuşdur. İnşallah bu qardaşlıq və könül bərabərliyi əbədiyyətə qədər davam edəcək. Həmişə olduğu kimi, son baş verən hadisələrin ilk günündən bəri, başda Türkiyənin rəhbər heyəti olmaqla əziz millətimiz azərbaycanlı qardaşlarının yanında olduqlarını və lazım gələrsə çiyin-çiyinə mübarizə edəcəklərini bildirmişdir.   

Biz inanırıq ki, qardaş Azərbaycan xalqı və dövləti Allahın köməkliyi ilə bu çətinliyin də öhdəsindən gələcək və düşmənə layiqli cavabı verəcəkdir. Yenə də şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfalar arzulayıram. Dualarımız və dəstəyimizi siz qardaşlarımızla birlikdədir.  

Allah-Taala birlik, bərabərlik və qardaşlığımızı daim eyləsin.

Âmîn!”

Mənbə: osmannuritopbas.com

Read Previous

Hər haqsızlıq zülmdür

Read Next

Kəbəni tavaf edənin təmizliyi