• 23 Dekabr 2024

ABDULLAH BİN MƏSUD (RA)

imagesO, gənc bir çoban idi. Uqbə bin Əbu Muaytın qoyunlarını otarırdı. Bir gün yenə qoyun otaranda yanına iki nəfər yaxınlaşdı. Qonaqlar susadıqlarını deyib ondan süd istədilər. Gənc çoban onlara belə cavab verdi: “Var, amma verə bilmərəm! Bu qoyunlar mənə əmanət edilmişdir. Sahibinin icazəsini al­madan süd verə bilmərəm. Əks halda əmanətə xəyanət etmiş olaram”.

Nəticədə, qonaqlar bu balaca çobandan təkə üzü gör­məmiş qısır bir keçi istədilər. Çoban qonaqlara bu keçini göstərdi. Onlardan biri keçini tutub dua etdi. Sonra da süddən kəsilmiş keçini sağ­mağa başladı. Sanki ke­çinin məmələri bir anda südlə dolmuşdu… Südü bir qaba doldurdular. Südü içib qurtarandan sonra keçini sağan adam yenə dua etdi, keçi əvvəlki vəziyyətinə qayıtdı.

Qarşısındakı şəxsin Allahın Rəsulu (s.ə.s.), onun dostunun da Hz. Əbu Bəkir (r.a.) olduğunu bilməyən gənc çoban həyəcanla soruşdu:

– O oxuduqlarınızı mənə də öyrədərsiniz?

Rəsulullah mübarək əlini çobanın başına qoyaraq ona:

– Sən artıq hər şeyi öyrənmisən, – deyə cavab verdi.[1]

Bu balaca çoban İslamı qəbul etdi və o andan etibarən daim Allah Rəsulunun duaları onun üstündə oldu. Sonralar o, Qurani-Kərimi ən yaxşı oxuyan səhabələr sırasına daxil oldu və “Altı Abdullah”ından biri kimi İslam tarixində məşhurlaşdı.

Bəli, bu günahdan uzaq və təqvalı çoban Abdullah bin Məsud Həzrətləri idi (r.a.). Beləcə ilk Müsəlmanlardan olma şərəfini qazanırdı.

Məkkədə müşriklərin müsəlmanlara qarşı olan işgəncələri və təzyiqləri artanda səhabələr bir yerə toplaşıb Kəbənin yanında insanlara açıq-aşkar Quran oxuya bilmədiklərinə görə bir-birini qınayırdılar. Hz. Abdullah:

– Mən onların yanında açıq-aşkar Quranı oxuya bilərəm, – dedi. Səhabələr:

– Birdən onlar sənə nəsə edərlər! Quranı gərək tayfası və qəbiləsi arxasında dura bilən adam oxusun,- dedilər.

– Mənə icazə verin, Allah məni qoruyar, – deyib çıxdı və Kəbənin yanında Qureyş müşriklərinin toplaşdığı yerə getdi. “Bismillahir-rahmənir-rahim” deyib “Rəhman” surəsini oxumağa başladı.

Müşriklər qəzəblənərək dərhal Abdullahın yanına getdilər və onu döyməyə başladılar. Amma Abdul­lah yenə susmadı, oxumağa davam etdi. Nəhayət, yoldaşlarının yanına qayıtdı. Onlar narahatlıqla yanına gələndə Abdullah belə deyirdi: “Vallah, mənim gözümdə Allahın düşmənləri arasında bunlardan daha sadə olanı yoxdur. İstəsəniz, sabah da gedib eyni şeyi edə bilərəm”.

Səhabələr Hz. Abdullahın səhər də oraya gedib özünü yenidən təhlükəyə atmasını uyğun görmədilər.[2] Bu qəhramanlığı ilə Abdullah ibn Məsud Rəsulullahdan (s.ə.s.) sonra Kəbədə açıq-aşkar Quran oxuyan ikinci şəxs oldu.

Abdullah bin Məsud (r.a.) iki dəfə hicrət etmişdir. O, müşriklərin təzyiq və işgəncələri artınca Həbəşistana hicrət etdi. Lakin Peyğəmbərimizin həsrətinə dözə bilmədi. Bir müddətdən sonra yenidən Məkkəyə qayıtdı. Mədinəyə hicrət izni çıxınca o da Müsəlmanlarla birgə Mədinəyə hicrət etdi. Rəsulullah (s.ə.s.) onu Zübeyr bir Avvamla (r.a.) qardaş etdi.

Peyğəmbərimiz (s.ə.s.) Hz. Abdullahın məscidin yaxınlığında məskunlaşmasını istədi. Bu səbəblə o hər an Rəsulullahın xidmətində dayanmağa çalışardı. Abdullah (r.a.) daim Peyğəmbəri­mizin yanında olar, ayaqqabılarını geyindirər, əsa, yastıq, qoxu və misvak kimi əşyalarını daşıyardı. Peyğəmbərimizi yuxudan İbn Məsud oyadardı. Buna görə o, səhabələr arasında “Sahibüs-Səvadi vəs-Sivak” kimi tanınardı. Hz. Abdullah Rəsulullahla o qədər birlikdə olurdu ki, Mədinəyə ilk gələnlər onu Əhli-Beytdən zənn edirdilər… Xeybərin fət­hindən sonra Mədinəyə gələn məşhur səhabələrdən Əbu Musa əl-Əşari (r.a.) bununla əlaqədar olaraq belə deyirdi: “Mən və qardaşım Mədinəyə gələndə Rəsulullahın yanına çox girib-çıxdığı üçün onu və anasını Rəsulullahın Əhli-Bey­tindən sanırdıq”. [3]

Əbu Musa əl-Əşaridən Rəsulullaha ən yaxın şəxsin kim olduğu soruşanda o: “Yol göstərmə  və xasiyyət baxımından Allah Rəsuluna ən yaxın olan şəxs Abdullah bin Məsuddur”, ‒ demişdi.

Onun Rəsulullaha olan yaxınlığı ilə bağlı başqa bir rəvayəti də Əbdürrəhman bin Yeziddən öyrənirik. O, belə deyir: “Biz bir dəfə Huzeyfətül-Yəmənin yanına (r.a.) gəlib səhabələr arasında Rəsulullaha ən yaxın kim olduğunu öyrənib ondan nümunə götürmək istədik. Hz. Huzeyfə (r.a.) belə dedi: “Gözəl həyat tərzi ilə Rəsulullaha ən yaxın olan Abdullah ibn Məsuddur. On­dan başqasını tanımıram”.

mənbə:

Read Previous

RASULULLAH (SƏV)-İN AĞLAMAĞI

Read Next

SAMİ YUSUF SURİYALILARIN DƏRDLƏRİ BARƏDƏ OXUDU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.