• 26 Dekabr 2024

Abort

içerik

Əziz möminlər, dünya tarixi ilk ən böyük doğum nəzarətini fironların timsalında görüb. Əsarətində olan xalqların malını və yaşamaq haqqını istismar edən firon əyanları gələcəyə dayanan araşdırmaları nəticəsində anlamışdılar ki, İbrahimin oğlu İshaqın nəslindən gələn İsrailoğulları fironun hakimiyyəti üçün ən böyük təhlükə mənbəyidir. O təhlükəni kökündən məhv etmək üçün ideal bir yola əlatıldı – doğum nəzarəti. Və təbiiki, dövrünün tələblərinə uyğun olaraq bunu fironun əsgərləri məcburi şəkildə edirdilər.Çünki heçbir ana, bətnindəki körpəsinin öldürülməsinə razı olmazdı. Firondan günümüzə müstəmləkə siyasəti yürüdən ölkələrdə bu nəzarəti zamanlarının tələbinə uyğun həyata keçiriblər..
O dövrdə fironun əsgərləri gördükləri hamilə qadının qarnını qamışdan hazırlanmış xüsusi alətlə kəsərək uşağı çıxarıb öldürürdü. Ancaq indi əl atılan üsullar da dövrümüzün tələblərinə uyğun olaraq daha “sivildir”. Artıq nə fironun əsgərləri, nədə digər müstəmləkəçilərin ordu qüvvələri küçələrə düşüb hamilə qadınların uşaqlarını öldürmürlər. İndi analar öz əlləri ilə övladlarını abort etidirmək üçün doktora təslim edirlər.
İnsanları sadəcə ət parçasından ibarət mənasız bir varlıq olduğuna inandıran qüvvələr, onların yalnız özlərinə deyil övladlarına belə qənim kəsilirlər. Xaricdə yaşayan bir Doktor öz etirafında belə deyirdi: “Qadınlara heç vaxt ultra səs cihazlarına baxmağa icazə vermirik, biz bilirik ki onlar orada uşağın ürək döyüntülərini görsələr heç vaxt abort etdirməzlər.”
Dünyada abort hallarının araşdırılması zamanı ortaya çıxan ən sarsıdıcı həqiqət qadınların həkimlərdən təkidlə soruşduqları daha çox bu sualdır. “Doktor! O artıq uşaq formasındadır?”.
Nədənsə bu sualın cavabı isə həmişə eyniolur, “yox, o sadəcə heç nəyə bənzəməyən bir ət parçasıdır”.
Çünki abortu təbii bir hal kimi görən həkimin qarşısındakı qadın və onun bətnindəki körpə onun üçün sadəcə əldə edəcəyi məbləğ dəyərindədir. Onun gözünə başqa heçnə görsənmir. Necəki bir oğrudan polis “O qədər camaatın gözü qarşısında niyə oğurluq etdin?” sualına “Çünki gözlərim o anda ancaq qızılları görürdü” deyə cavab vermişdir. Uzun illər bu işlə məşğul olan bir doktor öz xatirələrində yazırdı: “İlk vaxtlar mən özümü qatil hiss edirdim, ancaq təkrar-təkrar bunu etdim, 20 ildən sonar mən başqa şeylər hiss etməyə başladım. Pul çox önəmlidir. Buna görə də yavaş yavaş mən qadınları heyvan, uşaqları isə sadəcə ət parçası görməyə başladım.” Qadın məsələləri üzrə mütəxəssislər təkcə həkimlərlə bitmir. Dünyanın əksər idarəçilik institutlarında ən önəmli yerlərdən birinidə aborta gələn qadınlarla davranış yolları tutur. Onlara öyrədilən iki ənönəmli şey aborta gələn qadınları tez qərara gətirmək və onlara uşağın hələ də sadəcə ət parçası olduğuna inandırmaqdır. Əslində isə müəyyən bir dövr keçdikdən sonar ana bətnindəki uşaq ona olunan işgəncələri duymağa başlayır. Ana bətnindəki uşaqlar üzərində araşdırma aparan bir doktor araşdırmasının nəticəsindəyazırdı.
“Öncələr həkimlər ana bətnindəki uşağın eyniilə dünyaya gəlmiş uşaq kimi ağrı hiss etdiyini bilmirdilər, ancaq tezliklə ana bətnindəki uşaqların da adi uşaqlar kimi ağrı hiss etdiklərini öyrəndilər.”

Hətta həkimlər dəmir maşanı yerli-dibli qaşıyaraq götürmək üçün bətnə uzadanda onların ət parçası dediyi, əslində isə canlı olan insan övladının diksinərək ana rəhminin bir küncünə qısılmasına da dəfələrlə şahid olduqlarını gizlətmirlər…
Təbiiki burada günah yalnız abort edən həkimlərin deyil. Heç bir həkim fironun dövründə olduğu kimi zor gücüylə kiminsə uşağını abort etdirmir. Dövlətimizin də əhalinin sayını azaltmaq kimi bir siyasəti yoxdur. Sadəcə olaraq bəzi üzdəniraq analar öz üşaqlarını bu məqsəd üçün həkimlərə təslim edir. Təbii olaraq onların günahı daha böyükdür. Bu əməl, yaşayan canlı bir insanı öldürmüş kimi böyük günahdır. Qatilin qazandığı günah qədər böyük cinayətdir. Allahın əmrlərinə üsyan etmək qədər böyük günahdır.
Əziz qardaşlar, İslam yalnız ananın həyatı təhlükə altında olduğu zaman abort etdirməyə icazə verib. Bunun xaricindəki səbəblərdən dolayı edilən abort cinayətdir. Öz övladlarını iqtisadi bəhanələrlə öldürənlər heç də yalnız bu dövrümüzdə yaşamamışlar. İnsanlıq tarixi boyunca istər öldürən istər də bunda maraqları olan başqa tərəflərin tapdıqları ən önəmli bəhanə iqtisadi çətinlik olmuşdur. İllər öncə insanlar bu artımla davam etsələr onları isitmək üçün yer üzündəki ağaclar kifayət etməyəcək deyənlər, sonradan qarşılarında təbii qaz və elektrik kimi isitmə sistemlərini gördülər, içməli suyun kifayət etməyəcəyini deyənlər duzlu suyun təmizlənməsini gördülər, insanların sayına görə ağac yetişdirmək əvəzinə, ağacların sayına görə insan yetişdirdilər.
Dünyanın gələcəyini “düşünənlər” mediya ilə əlləri altında saxlamaq istədikləri ölkələrə abort kimi üsulları reklam etdirdikləri halda, öz ölkələrində bunun əleyhinə böyük kampaniyalar aparırlar. İllər öncə Afrikadakı müstəmləkələrindən birində bir fransız məmur belə demişdi. “Bu torpaqlarda doğulan hər uşağa görə mənim vətənim Fransada bir uşaq banandan məhrum olacaq.”
Əziz müsəlmanlar, 1400 il bundan öncə Allah Rəsulu (səs) qadınlarla əhd bağlayanda, əhdin ən vacib maddələrindən biri uşaqlarını öldürməmələri idi. Allah Rəsulunun (səs) uşaqlarınızı öldürməyin deyə qoşduğu şərt qadınlara uşaqları abort etdirməyi kişilərə isə onları diri-diri basdırmağı qadağan edirdi.
Peyğəmbərimizə (səs) uşağını öldürməyəcəyinə söz verən səhabə xanımlardan biri Həbil bint Əzzə belə deyirdi; Allah Rəsulu bizimlə bətnimizdəki uşaqları öldürməmək şərti ilə əhd bağladı və mən Uca Allaha and içirəm ki bundan sonra bətnimdəki uşağı öldürməyəcəyəm.
Onlar 1400 il öncə Allaha və Rəsuluna söz verdilər və dönük çıxmadılar.
Elə isə gəlin biz də bu mövzuda Uca Allaha söz verək. Söz verək ki bu cinayəti törətməyəcəyik. Söz verək ki, qatil olmayacağıq. Söz verək ki, Allahın yaratdığı o məsum cana haqsız yerə qıymayacağıq. Söz verək və sözümüzə xilaf çıxmayaq

Read Previous

Məhərrəm ayı nə vaxt başlayır? (QMİ) fətva verdi

Read Next

Yetimi himayə etmək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.