• 25 Noyabr 2024

Yetimi himayə etmək

yetimAydınlıq şəhəri, nurlu diyar Mədinədə bir bayram səhəri idi.Rəhmət Peyğəmbəri təbrik üçün evləri gəzirdi.  Hər kəs sevinc içində idi. Xoşbəxtlik duyğusu insanların üzlərində təbəssümə çevrilmişdi. Ən çox sevinənlər də hərhalda uşaqlar idi. Bayramlıq paltarlarıyla sevinclə ora-bura qaçırdılar. Ümmətinin sevincini paylaşan Peyğəmbərimizin gözünə birdən uzaq bir küncdə boynunu bükmüş bir qız uşağı dəyir.

Paltarı yamaqlı, ayaqqabısı yırtılmışdı. Yanına yaxınlaşanda, ovuclarıylaüzünü bağlayıb ağladığını görür. Peyğəmbərimiz onu bu halda görəndə dərhal yanına gedib şirin və şəfqətli səsiylə soruşur:

“Qızım! Bu bayram günündə nə üçün ağlayırsan?”Uşaq içini çəkərək, başını qaldırmadan və sualı soruşanın kim olduğuna baxmadan danışmağa başlayır: “Atamı xatırladım, buna görə ağlayıram. Keçən bayram bizimlə idi, indi isə yoxdur artıq. Son döyüşə Peyğəmbərimizlə birlikdə getdi. Onunla yan-yana döyüşdülər və sonunda şəhid oldu. İnsan belə yetim qalanda əlbəttə ağlayar”. Bunları eşidən sevgili Peyğəmbərimizin ürəyi sızlayır. Kiçik qızın başını oxşayaraq belə deyir: “Sil gözünün yaşını qızım! Qaldır başını, bax sənə nə deyəcəyəm. İstəyərsənmi sənin atan mən olum? Fatimə bacın, Aişə də anan olsun. Bu təklifimə nə deyirsən?”Bu sözləri eşidən uşaq çaşıb qalır.Yalnız “bəli” demək üçün başını yüngülcə yelləyir.Peyğəmbərimizin evinə bərabərcə gedərkən, bu kiçik yetim qız artıq sevinclə gedirdi. Tutduğu ipək yumşaqlığındakı əldən, sanki ilıq-ilıq xoşbəxtlik axırdı ürəyinə.Evə çatanda, ev xalqı da çox sevir bu kiçik yetim qızı. Əlini-üzünü yuyub saçlarını darayırlar. Gözəl paltarlar geyindirir, qarınını doyururlar. Bayram cibxərcliyini verirlər, sonar da oynasın deyə küçəyə yola salırlar.Uşaqlar bu gözəl paltarlı, üzü işıl-işıl parlayan uşağa heyrətlənirlər. Bəziləri dözə bilməyərək soruşur: “Nə oldu sənə, niyə bu qədər sevinirsən?” Kiçik qız, paltarlarını və cibxərcliyini göstərərək cavab verir:

“Mənim də bir atam var artıq! Həm də elə bir ata ki, dünyada tayı-bərabəri yoxdur. Belə atası olan kim sevinməz ki? Həm ürəyi şəfqət dolu Aişə anam var mənim. Saçlarımı darayan, paltarımı geydirən bir də Fatimə bacım. Buna görə çox sevincliyəm. Dünyalar qədər xoşbəxtəm”.

Sevgili Peyğəmbərimiz Hz.Muhamməd (s.ə.s) belə buyurmuşdur: “Bir kimsə sırf Allah rizası üçün bir yetimin başını oxşarsa, əlinin toxunduğu hər saç telinə qarşılıq ona savab vardır”. Hər saç telinə qarşılıq bir savab, nə böyük mükafatdır.Bu halda ürəyindən qopub gələn dərin bir şəfqət duyğusu bir yetimi qucaqlayıb bağrına basan, yanaqlarına öpüşlər qonduran, ona yalnızlığını və yetimliyini unutdurmağa çalışan bir kimsə, ilahi rəhmət yağışı altında yuyulur və günahlarından təmizlənmiş olur. Bir yetim gülürsə, başına şəfqət əli dəydiyi üçündür. Bir yetim gülürsə, bütün bir cəmiyyət gülür deməkdir.

Əbu Hüreyrə (r.a)-dən rəvayət edildiyinə görə Rəsulullah sallallahu əleyhi və səlləm belə buyurdu:“Öz yetimini və ya başqasına aid bir yetimi himayə edən kimsəylə mən, cənnətdə belə yan-yana olacağıq”.Yetkinlik çağına gəlmədən əvvəl atasını itirmiş uşağa yetim deyirik. Hədisi-şərif yetimləri, soy etibarilə yaxınlıq baxımından, insanın öz yetimləri və başqasına aid yetimlər deyə ikiyə ayırır. Bir kimsənin öz yetimləri: nəvəsi, qardaş və ya bacısının uşağı, öz və ya ögey qardaşı, oğulluğu və ya əri ölən bir xanıma görə geridə qalan uşaqları, yaxud bu növdən yaxınlarıdır.Yetim bir uşağın atadan, anadan mal-mülkü qala  bilər. O təqdirdə bu uşaqlar yetkinlik çağına gələnə qədər özünə sahib çıxmaq, malının yox olub getməsinə yol verməmək üçün onu himayə etmək olar. Əgər malı yoxdursa, onun himayəsi, atasının yoxluğunu hiss etdirməməyə çalışmaqla mümkün olur. Hər cəmiyyətdə olduğu kimi bizdə də hədsiz-hesabsız yetim vardır. Necə yetimlər əllərindən tutacaq, özlərini həyatın çətin və qatı şərtlərinə alışdıracaq rəhbərləri olmadığı üçün əzilmiş, təhqir edilmiş və sanki pis insan olmağa məcbur edilmişdirlər.

Bu balalara sahib çıxanlar, cəmiyyətin bir ehtiyacını bağlamış, bir yarasını sarımış olurlar. Qısacası, insan olmağın məsuliyyətini eşitmiş olarlar. Həyatın hər şeyə qalib gələn bir insanı əzməsinə göz yummayanlar, bənzərsiz bir insani zövq dadarlar. Ayrıca bu hədisi-şərifin vəd etdiyi saysız-hesabsız mükafatı qazanarlar.

Mənbə:irfandergisi.com

Read Previous

Abort

Read Next

Məhərrəm ayı və aşura

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.