• 21 Dekabr 2024

Afrikanın xristiyanlaşdırılması

afrikaAclıq və səfalət içərisində qıvranmaqda olan Afrikada, pərdə arxasında qorxunc hadisələr yaşanır.

Əsrlər boyu Avropalı dövlətlər tərəfindən istismar edilən, sonra isə aclıq və səfalət içərisində öz qədərinə tərk edilən Afrikada bu günlərdə tam fərqli bir layihə həyata keçirilir.

Varna Universiteti Tibb Fakültəsində təhsil həyatına davam edən Nigeriyalı tələbə Sani Adeleye, insanların qanını donduran  etiraflar etdi.

Dünya üzərindəki Müsəlman əhalisinin 17% -ni öz təşkil edən Afrikada, Xristian missionerləri, insanlara pul və ərzaq təklif edərək din dəyişdirmələrini istəyir. Afrikalı insanların məruz qaldıqları bu çətin vəziyyəti fürsət bilərək bundan istifadə edən və xristianlığı yaymağa çalışan qruplar,”Aclığın ən çox yaşandığı bölgələri seçirlər”

Sani Adeleyenin etiraflarına görə Xristian qruplar, xüsusilə aclığın ən şiddətli yaşandığı bölgələri hədəf olaraq seçirlər. Afrikada kəndləri tək-tək gəzən Xristian qruplar, İslamiyyətdən imtina edib Xristianlığı mənimsəyən kəndlərdə kilsə inşa edir və kənd sakinlərinə yemək və geyim yardımı edirlər. Bu cür təklifin ailəsinin yaşadığı kəndə də gəldiyini ifadə edən Adele; “Təxminən 15-20 nəfərlik bir qrup olaraq kəndə gəldilər. Hamısı çox dəbdəbəli geyinmiş və gözəl qoxular sürmüşdülər. Maşınları daha əvvəl görmədiyimiz modellər idi. Kəndlilərin öz ətraflarında toplanmalarını istədilər. Başçıları camaatla bir söhbət etdi. Bizlərin qardaşları olduqlarını və bizə kömək etmək istədiklərini söylədilər. Uşaqlara ləzzətli yeməklər payladılar. Əgər onların qardaşları olaraq xristianlığı qəbul edərsək bütün kəndə kömək edəcəklərini, kəndi səfalətdən qurtaracaqlarını söylədilər. Kəndin demək olar ki, hamısı, aclığın pəncəsindən xilas olmaq üçün bu təklifi qəbul etdi. Niyə qəbul etdiyini soruşduğum bir qadın, ‘Uşağım ölür Sani! onun ölməsini istəmirəm’ dedi.

Mən və ailəm təklifi qəbul etmədik. Bizim kimi təklifi rədd edənlər başqa kəndə köç etmək məcburiyyətində qalacaq. Ancaq bilirik ki o Xristian qruplar o kəndlərə də gələcək” deyir.

Adeleyenin izah etdikləri ağıllara tək bir şeyi gətirir. Yeni bir səlib yürüşü üçün yanıb alovlanan Xristianlar, lobbi fəaliyyətlərinə çoxdan başlamışlardır. Missionerlərin etdikləri bu işlər, Afrikalı günahsız xalqı vədlərlə aldadıb Səlib ordusuna yeni döyüşçülər qazandırma cəhdi olaraq şərh olunur.

Mənbə:islamveihsan.com

Read Previous

Şəhid səhabənin müsəlmanlara vəsiyyəti

Read Next

UNESCO: “Qudüs fələstinin paytaxtıdır” dedi.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.