• 21 Dekabr 2024

UNESCO: “Qudüs fələstinin paytaxtıdır” dedi.

mescidi_aksa_unesco_karari2-702x336UNESCO, Məscidi Əqsanın və Qudüsün Müsəlmanlara aid olduğunu qəbul etdi. UNESCO, bundan başqa Yəhudilərin ağlama divarı olaraq istifadə etdikləri Qərb divarının da Müsəlmanlara aid bir yer olduöunu bildirdi. Ancaq, “UNESCO”ya yönəlmiş sərt reaksiyalar üzündən bu təklif geri çəkildi.
Birləşmiş Millətlər təhsil, elm və mədəniyyət Təşkilatı (UNESCO) Qüdsdə Əl-Əqsa məscidində ibadət azadlığını məhdudlaşdıran və müqəddəs qaydalara riayət etmədikləri üçün İsraili qınayan bir qərarı qəbul etdi.

Fransada dünən reallaşan səs vermədə, Misir, Tunis, Əlcəzair, Mərakeş, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən 26 səs Fələstinin lehinə, ABŞ, İngiltərə və Almaniyanın olduğu 6 ölkə isə əlehinə səs verdi. Fransanın da içində olduğu 25 ölkə isə bitərəf qalaraq  heç bir tərəfə səs vermədi.
Qəbul edilən qərarda Qüds “Fələstinin işğal altındakı paytaxtı” olaraq qəbul olundu.
İsrailin Əl-Əqsa məscidində ibadət azadlığı məhdudiyyətləri qınandı. Qüds, Qərbi Şəriyə və Qəzzada İsrailin törətdiyi qırğınlar və İsrail rəhbərliyi sərt bir şəkildə qınandı.
UNESCO idarə heyətindən Irina Bokova, çərşənbə axşamı günü BMT-yə “daha çox yerdə gərginlikləri təhrik etməməsi və o müqəddəs məkanların müqəddəsliyinə hörmət tövsiyəsi istiqamətində qərarlar alması” təklifini etdi. Bokova öz açıqlamasında “Hamımız dialoq, tolerantlıq və sülhü təşviq edən qərarlar almalıyıq, UNESKO-nun vəzifə məsuliyyəti var” dedi.
Altı səhifəlik qərarda ayrıca, Beynəlxalq cəmiyyət, İsraili son terror hərəkətlər bəhanəsi ilə vətəndaşlarını silah daşıma sərbəstliyi verməsindən ötəri tənqid etdi.
Qərarda, Bethlehem Hebron və Rachel’ın Tomb patrikler Türbesi’nin “Fələstinin ayrılmaz bir parçası” olduğunu bildirdi. Ancaq, Məscid-i Əqsanın ayrılmaz bir hissəsi olaraq bilinən Qərb Divarının da tanınması üçün müraciət edilsə də, bu təklif, İsrailin etirazları nəticəsində təxirə salındı.

Mənbə:islamveihsan.com

Read Previous

Afrikanın xristiyanlaşdırılması

Read Next

Yaşlı bir qadının dilindən keçmiş və müasir zaman müqayisəsi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.