• 22 Dekabr 2024

Yaşlı bir qadının dilindən keçmiş və müasir zaman müqayisəsi

neneYaşlı qadın  yavaşca otağından çıxdı. Salondan nəvəsi ilə gəlinin səsləri gəlirdi:
“Oğlum, süfrə hazırdır, yeməyini çəkmişəm; gəl soyumadan ye.”
Nənə salonda özünə aid kənddən gətirdiyi döşəyinin üzərində oturdu. Uşaq, nənəsini görüncə “nənəcan, gəl birlikdə yeyək” dedi.
Yaşlı qadın mənalı bir şəkildə ah çəkdikdən sonra “evin kişisi gəlmədən axşam süfrəsinə oturulmaz. Gözləyin atanız gəlsin, bərabərcə yeyərik inşaallah” dedi.
Evin gəlini “Anacan, onlar köhnə adətlərdir. İndi kim acarsa süfrəyə oturar, o da gəlincə yeyər “dedi. Yaşlı qadın “qızım, necə ki insanların bir ədəbi, həyası, iffəti varsa, evlərin də iffəti və ədəbi vardır” dedi.

Nəvəsi dözə bilməyərək lağedici bir tərzdə sözə qarışdı “Ay nənə, nə imiş bu evlərin iffəti.? Anlat görək, maraq etdim” dedi. Yaşlı qadın “biz kiçik ikən, analarımızdan, əvvəlcə atalarımızın qarşısında ədəbli oturmağı öyrənərdik. Evdə atamız, anamız var ikən ayağımızı uzadıb oturmaz, böyüklərimiz danışarkən söz haqqı verilənədək sözə qarışmazdıq. Böyüklərimiz otağa girdiyində dərhal özümüzü yığışdırar, qalxıb onlara oturmaları üçün yer verərdik. Atamız süfrəyə oturmadan yeməyə əl uzatmazdık. Atamız gələr, Bismillah çəkər, buyurun deyərdi. Hamımız bərabər yeməyə başlayardıq. Yeməyimizi yedikdən sonra da süfrə duasını bacı və qardaşlarımızla növbələşərək sıra ilə oxuyardıq. Heç ailə tərəfindən yeyilən yemək qədər ləzzətli yemək olar mı? Bu süfrənin ədəbidir, yavrum “dedi.
Nəvəsi “bu qədər təzyiq qarşısında depressiyaya girmirdinizmi nənəcan?” Deyə soruşduqda, qoca qadın “xeyr yavrum, bizim zamanımızda hörmət olduğu üçün sevgi həmişə ölməz qalardı. Sevgi var olduqca da depressiyaya girən olmazdı. Yemekler ləzzətli, yuxular dinlendirici idi. Mən depressiya sözünü ilk dəfə burada eşitdim, hətta kəndimizdə bir dənə ağıldan məhrum biri vardı, Dəli İbram deyərdilər. Vallahi, o belə özünü izah edilə bilməyəcək şəkildə xoşbəxt hiss edirdi. Axşama qədər küçədə uşaqlarla oynayar, acınca da bir qapını döyər; Aba acdım, aba su ver, deyərdi. Hansı qapını döysə, əli boş qayıtmazdı. Saçları uzandıqca bərbər onun saçını kəsər, hamamcı da arada bir yuyardı. Cümə günləri camaat əlindən tutar, namaza belə aparardılar. Yəni heç kim onu incitməzdi. İndi heç bir şeyə hörmət qalmadı. Bax, evlərə belə hörmət yoxdur bu şəhərdə.
heç kim axşam olduğu halda pərdələrini örtməmiş, bütün evlərin içi görünür amma kimsə utanmır. Biz hələ hava qaralmağa başlamadan qabaq pərdələrimizi çəkər, ondan sonra evin işıqlarını yandırardıq. Hətta pərdə bağlıykən belə əynimizi dəyişdirməyə ədəb edər, işığı söndürər, yerə çömələr və əynimizi o şəkildə dəyişdirərdik. Kölgəmizin belə çöldən görünə biləcəyini düşününcə üzümüz kızarardı “deyə cavablandırdı.
Bu sözləri eşidən gəlin, oturduğu yerdən qalxdı, xəcalətli bir əda ilə salonun pərdələrini çəkdi.
“Evin ədəbi, əvvəl pərdəsinin çəkilib çəkilmədiyindən müəyyən olur, deyərdi böyüklərimiz. Evlərin ətrafı böyük divarlarla çevrilmiş olsa belə heç kim alt paltarlarını görünəcək şəkildə asmazdı, ev əhalisindən belə ədəb edərdilər. Mən daha kiçikkən geydiyim şalvarı ən ön ipə asmışdım, dərhal anam gəlib, ay qız, atan bu gün həyətə çıxdı, sənin şalvarın asılı idi, utancımdan yerin dibinə girdim. Bir daha o şəkildə asma, paltarların ən arxasındakı ipə as! Üstünə uzun bir tənzif ört ki, altında nə olduğu görünməsin. Iffətimiz, ədəbimiz gedərsə, ortada imanımız qalmaz, dedi. Anam bunları mənə söyləyərkən mən 12 yaşındaydım, utandığımdan yerin dibinə girdim. İndi buna riayət edənlər yox deyiləcək qədər azdər. Keçən bir gün havamı dəyişim deyə balkona çıxmışdım, qarşı tərəfdəki qonşu, bütün paltarlarını açıq-saçıq asmışdı. Mən utancımdan dərhal içəri girdim.
“İndi yeməklər çöldə yeyilir, hər kəs görür və göz haqqı olur. Bazardan alınan hər şey şəffaf paketlər içində evə gətirilir ala bilən var, ala bilməyən var. Bu da göz haqqı və qısqanclıq meydana gətirir. Bunda heç şəfa olar mı yavrum? Peyğəmbərimiz Sallallahu aleyhi və səlləm, yeməyinizin qoxusu ilə qonşunuza əziyyət etməyin, buyurur. İndi isə həm qoxuyla, həm də göstərməklə ətrafdakılara əziyyət edilir. Təbii ki yeyilənlər də bizə çətinlik verir. Sonra da depressiya deyərək həkimlərə gedilik. Evin bir ədəbi daha vardır ki, ən əhəmiyyətlisi də budur hərhalda. Evin içində yaşananlar, yeyilənlər içilənlər və hətta dava-şavalar belə əsla çöldə danışılmamalıdır. Bu da evin iffətindən sayılır və heç kimsəyə anladılmamalıdır. Buna görə də problemlər ev içində asanlıqla həll olurdu. Peyğəmbərimiz (səv) də xüsusilə ər-arvad arasında olanların ətrafa yayılmasının ən böyük bir günah olduğunu bizə bildirmişdir.
Nəvəsi “Nənəcan, indi facebook deyilən bir şey var; insanlar getdikləri restoranlarda yedikləri şeylərin fotoşəkilini çəkib minlərlə adama göstərirlər!” deyincə, yaşlı qadın “aaaa nə ayıb bir şeydir. İnsan heç yediyini söyləyər mi?” deyə heyrət etdi.
“Ah anacan, hər hallarının fotoşəkilləri var. Gəzdikləri yerlərin, yedikləri yemək içməklərin, aldıqları əşya və paltarın, hətta bəylərinin aldığı çiçəklərin üzərində yazdıqları notları belə paylaşır insanlar” deyərək gəlin sözə qarışdı.
Nənə “yavruuum, sən nələr deyirsən? Qiyamət qopdu qopacaq desənə. Evlər lüm-lüt qaldı desənə. “dedi və göz yaşları içində anlatmağa davam etdi:
“Biz həyat yoldaşlarımızla yan-yana getməyə utanardır. Çünk, dul qalanlar var, evlənə bilməyənlər var. Onların könül yaralarına duz basmayalım deyə, yoldaşlarımızdan bir addım geridə gedərdik. İndi davalar ortada, sevmələr ortada. Təbii ki, məhrəmiyyət qalmayınca səmimiyyət də qalmır. Evin bərəkəti, böyüklərə hörmətdən başlayır. Evin iffəti, örtülən pərdələrdir. Sevginin iffəti, gizlilikdə, gözün iffəti, göz qapaqlarında, bədənin iffəti, təsəttüründədir. Utanma yəni həya, imandan bir şöbədir. Baxın sizə, mənim anamın danışdığı bir hekayəni danışım. Hekayə dedimsə də, adı hekayədir. Əslində bir hədis-i qüdsidir həm də.
Bu hədisi-qüdsiyə görə “Allahu təala, Adəm Əleyhissalamı yaratdığı vaxt Cəbrayıl əleyhissalam Adəm (əs)-a üç hədiyyə gətirdi: Elm, həya və ağıl. Sonra da dedi ki: Ya Adəm! Bunlardan istədiyini seç!
Adəm əleyhissalam bu üçündən ağlı seçdi. Cəbrayıl əleyhissalam həya və elmə, öz yerlərinə dönmələrini əmr etdi. Həya və elm “biz, ruhlar aləmində həmişə birlikdə idik. Bir-birimizdən əsla ayrılmarıq. Ruhlar cəsədlərə girdikdən sonra da eyni şəkildədir. Və ağıl harada olursa, biz də ona tabe olarıq “dedilər.
Cəbrayıl əleyhissalamın “elə isə yerinizə yerləşin!” Deyə əmretməsiylə ağıl başda, elm ürəkdə, həya da gözdə yerləşdi.”
Bəli bu hədisi qüdsidə də izah edildiyi kimi, həyanın məqamı gözdür. Buna görə həm gözümüzü qorumaq, həm də gözə xitab edən şeyləri nəzarət altında saxlamaq vacibdir. ”
Gəlin səssizcə dinlədiyi qaynanasının sözlərini təsdiq etdi və “haqlısan anacan, biz iffətimizi itirdikcə böhranlarımız artdı” deyərkən, nəvə də əlindəki qaşığı səssizcə yerə qoyub “mən də atam gəlincə yeməyə başlayacağam” dedi.

Mənbə:islamveihsan.com

Read Previous

UNESCO: “Qudüs fələstinin paytaxtıdır” dedi.

Read Next

Dünyamızın müdhiş qalxanı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.