• 10 Dekabr 2024

Dünyamızın müdhiş qalxanı

meteor“O halda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?” (Rəhman, 13)

Kainat dənizində üzməkdə olan dünyanın üzərində gündəlik həyatımıza davam edərkən, hər gün neçə-neçə fəlakətlərdən qorunduğumuzun fərqindəyikmi?` Dünyamızın fəzada hər an qarşılaşa biləcəyi fəlakətləri dərk edə bilsəydik, həyatımızın nə qədər təhlükədə olduğunun da fərqinə olardiq. Dünya, Günəşin ətrafındakı orbitində saniyədə 30 km, yəni saatda 108.000 km kimi müdhiş bir sürətlə hərəkət edir. Orta hesabla bir güllənin silahın lüləsindən çıxış sürəti saniyədə 1 km ikən, dünyanın bu böyük sürətlə hərəkəti əsnasında heç bir qəzanın baş verməməsi və bizlərin bu sürəti hiss etməməsi, kainatın Xaliqinin bizlərə böyük bir lütfü deyilmi?”O halda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?” (Rəhman, 13)

Dünyamız, Rəbbimizin kainatda təyin etdiyi öz orbitində bu müdhiş sürətlə axıb gedərkən, hər an minlərlə irili-xırdalı meteorun bombardmanına məruz qalır. Ancaq bu bombardmana qarşı bizi qoruması üçün Cənabı-Haqq atmosfer qalxanını yaratdığını Ənbiya Surəsinin 32. ayəsində “Göyü qorunub saxlanılan bir tavan etdik. Onlar isə oradakı, (Allahın varlığını göstərən) dəlillərdən üz döndərdilər “buyuraraq bizlərə xatırladır.

Dünyaya isabət edən meteorlar atmosferə girincə sürtünmə nəticəsində qızar və yanar. Bu hadisə xalq arasında yanlış bir şəkildə “ulduz sürüşməsi” olaraq da adlandırılmaqdadır. Bu şəkildə hər gün tonlarla meteor maddəsi dünya atmosferində kül olar. Ancaq insan hər gün bütün bu olub bitənlərdən xəbərsiz olaraq həyatına davam edər. Allah, bu nemətini xatırlayıb ibrət alaq deyə Ayı gözümüzün qabağına qoymuşdur. Çünki Ayın, dünyadakı kimi bir atmosferi olmadığı üçün məruz qaldığı meteor bombardmanına qarşı onu qoruyacaq bir qalxanı da yoxdur. Buna görə Aya isabət edən meteorlar birbaşa səthə çatar və Ayda böyük kraterlər yəni çuxurlar açar.

Mənbə:gencdergisi.com

Read Previous

Yaşlı bir qadının dilindən keçmiş və müasir zaman müqayisəsi

Read Next

Kərbəlanı Xatırladım, İçim Yandı, Qovruldu…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.