• 26 Dekabr 2024

Ailə xoşbəxtliyi üçün nələrə diqqət etmək lazımdır.

saglam aileYaxşı bilmək lazımdır ki, millətlər, kişiləri ilə yüksəlir, lakin qadın da bu yüksəlişi tamamlayır. Kişisiz irəliləmə ola bilməyəcəyi kimi, qadınsız da tərəqqi və yüksəliş olmaz, olsa da nöqsan qalar. Buradan belə nəticəyə gələ bilərik ki, ailəsində hər hansı bir problemi olan bir insan, çox vaxt işində də müvəffəqiyyət əldə edə bilmir. Onun üçün deyə bilərik ki, məmləkət, qadının yetkinliyi və yetişmişliği sayəsində yüksəlir. Təbii bunun tərsi də eyni şəkildədir. Yəni məmləkət və millət, qadının alçalması nəticəsində də dəyərini və gücünü itirir. Tarix səhifələri, bu gerçəyin saysız nümunələriylə doludur. Bunun üçün sağlam ailə strukturlarına ehtiyac, qaçınılmazdır. Necə ki, insan yaradılışı etibarilə mükəmməl bir varlıqdır. Ancaq bu mükəmməlliyi əksetdirəcək şəxsiyyəti isə, sağlam bir ailə yuvasında ortaya çıxır. Bu səbəbdən insan üçün ailə yuvası, ehsan duyğusunu gərçəkləşdirici hal və davranışların ən isti bir təhsil qucağı olmalıdır. Belə olsa könüllər, mənəvi bir səviyyə və ruhaniyyət qazanar. Peyğəmbərlər və vəlilərin ailə həyatından hissələr alar.
Ailə səadəti, iki tərəfin, qarşılıqlı hüquqlarına hörmət göstərmələri və bu hörməti məhəbbətlə gücləndirmələrinə bağlıdır.
Ailə səadətinin reallaşması barəsində ayədəki «ittequ (Allahdan qorxun!)» Ifadələrinin nəzərdə tutduğu «təqva» kəliməsindən nəsib ala bilmək çox mühümdür. Yer-göy şahiddir ki bu dünya, qadın hüququna riayət edilmənin bərəkətiylə cənnət, riayətsizliyin pis aqibəti ilə də cəhənnəm halına dönmüşdür. Həzrəti-i Peyğəmbər -sallallahu əleyhi və səlləm- əfəndimiz, qadın hüquqları barəsində vida xütbəsinin bir hissəsində belə buyurmaqdadır:
“Ey insanlar! Qadınların haqlarına riayət edin! Onlara şəfqət və sevgi ilə rəftar edin! Onlar haqqında Allahdan qorxmanızı tövsiyə edirəm. Siz qadınları, Allah əmanəti olaraq aldınız, onların namuslarını və ismətlərini Allah adına söz verərək halal etdiniz! “(Səhih-i Buxari Müxtəsəri, X. 398)
Beləliklə xanımları, saleh bir nəsil uetişdirmək üçün övladlarının əxlaqi strukturları ilə məşğul olmaqdan qoparmaq, onu uca yaradılışına zidd işlərə istiqamətləndirmək, nə düşüncəyə, nə də imana uyğun olmaz. Çünki, ailədəki hüzur və səadət, ancaq və ancaq qadındakı və kişidəki xüsusiyyət və qabiliyyətlərin yerli-yerində istifadə edilməsi və qorunması ilə əldə edilə biləcək bir nasiptir. Bu nəsibə nail olmaq üçün edilən evlilik, İslamın, üzərində çox həssas şəkildə dayandığı bir mövzudur. Onun həm maddi, həm də mənəvi olmaq üzrə iki istiqaməti vardır. Bu səbəbdən ailə yuvasını iki istiqamətli olaraq qura bilmək üçün son dərəcə ciddi və diqqət sahibi olmaq şərtdir. Əks halda evlilik sadə bir bərabərlik kimi başa düşülə bilər. Belə dayaz anlayışlarla qurulan ailə yuvaları da, təəssüf ki, yersiz boşanmalarla nəticələnir. Həqiqətən də dini və əxlaqi duyğularla birləşməyən cütlüklərin sonu ya ayrılıqlar və ya məzara qədər uzanan iztirablar zənciri olmaqdadır. Əlbəttə ki, bu, heç də arzu edilən bir nəticə deyil. Bunun üçündür ki boşanmalar, Arşı alanı titrədən bir hadisə kimi qiymətləndirilmişdir. Allah Rəsulu -səllallahu əleyhi və səlləm- buyurur:
“Evlənin, boşanmayın! Çünki boşanma səbəbindən Arş titrəyər.” (Əli əl-Müttəqi, IX, 1161/27874)
Hələ zövq və əyləncə üçün qadın boşamaq, hesabı da, əzabı da böyük bir cinayət və zülmdür ki, əsla halal deyildir. Bu, Allahu təalanın qətiliklə bağışlamayacağı qul haqqına girmək, öz özünü məhv etmək və ziyana sürükləməkdir.

Beləsinə kefi və düşüncəsizcə edilən evliliklər və bunun ardından gələn qaçılmaz boşanmaların o qədər qəmli sonları vardır ki, saymaqla bitməz. Bütün bunlardan ən çox təsirlənən və əziyyət çəkən heç şübhəsiz ki həmin evlilikdən meydana gələn günahsız uşaqlardır. Ev içində ailə rahatlığı tapa bilməyən, nümunə götürəcəyi ana-atasından pis rəftara məruz qalan uşaqlar, küçələrin insafına tərk edilmiş halda yaşayarlar. Belə olunca da evdən qaçaraq küçə uşaqları arasına qatılan bu uşaq, qısa zamanda siqaret, spirt, narkotik, fahişəlik və müxtəlif cinayət təşkilatlarının şəbəkəsinə qatılmaqdadır. Bu da, cəmiyyəti çökdürəcək bir faciəyə zəmin hazırlamaqdadır. Cəmiyyət həyatını qurudan qorxunc bir əxlaqi eroziyanın da tətikləyicisi olmaqdadır.
Ancaq boşanma ilə əlaqədar olaraq bir gerçəyi də vurğulamaq lazımdır ki, islama görə nikah əqdi, katoliklərdə olduğu kimi “heç bir şəkildə pozulmayacaq və ömür boyu çarəsiz bir şəkildə davam etməsi lazım olacaq bir əqd” deyildir. Bu, İslamın mənimsədiyi bir qaydadır ki, ağıl və məntiq da bunu tələb edir. Əks halda səhv və isabətsiz bir evlilikdə boşanma haqqı olmasa həyat, insana zəhər olar. Bərabərliklər, əsarətə çevrilər. İçinə düşdükləri bu vəziyyətə çıxış yolu tapa bilməyən cütlüklər, sonunda əyri və pozğun bir yaşayışın bataqlığına yuvarlanarlar. Məhz bunun üçündür ki, İslam, imtina edilməz bir lazımlılıq meydana gəldiyində boşanmanı halal etmiş və bunu da iradəli davranmağa daha uyğun olan kişiyə buraxmışdır.
İslama görə boşanma haqqının qaidə olaraq kişiyə verilməsi, qadınların duyğusallığı səbəbindəndir. Yoxsa nigahda şərt koşulduğu təqdirdə qadının da eyni haqqa sahib olmasına heç bir maneə yoxdur. Buna təfviz-i boşanma deyirlər. Ayrıca belə bir şərt qoşulmamış olsa da ciddi bir məcburiyyət ortaya çıxdığında qadın, əlaqədar qurumlara müraciətlə boşanma haqqına malikdir.
Bu səbəbdən gərəksiz boşanmalardan qorunmaq, heç şübhəsiz ki, qadın və kişinin, öz qiymət və dəyərlərini qarşılıqlı olaraq bilmələri və bunları yenə qarşılıqlı olaraq mühafizə etmələri ilə mümkündür. Həyat yoldaşlarının məsud günləri, incə və dərin xatirələri, səmimi sevinclər, rifah, dinclik və ləzzət, həmişə ilahi ölçülər kölgəsində təmin edilir. Bu da, hər iki tərəfin Haqqa qul olaraq bir-birlərinə qarşı sədaqət və səmimiyyətləri ilə təcəlli edəcəkdir. Hədisi-şəriflərdə buyurulur:
“Bir kimsə gecə xanımını oyandırar da bərabərcə və ya hər biri öz başına iki rükət namaz qılarlarsa, Allahı çox zikr edən kişilər və Allahı çox zikr edən qadınlardan yazılırlar.” (Əbu Davud, Tatavvu 18, Vitr 13)
“Gecə qalxıb namaz qılan, xanımını da qaldıran, qalxmazsa üzünə su səpərək oyandıran kimsəyə Allah rəhmət etsin! Eyni şəkildə gecə qalxıb namaz qılan, ərini da oyandıran, oyanmasa üzünə su səpərək yuxusunu qaçıran qadına da Allah rəhmət etsin! “(Əbu Davud, Tatavvu 18, Vitr 13)
Qısaca ailə səadəti iki böyük düstura bağlıdır.
1- İki tərəf arasında səmimiyyət
2- Bir-birini təqvaya təşviq

Mənbə:islamveihsan.com

Read Previous

Fevral 2016

Read Next

Müsəlmanı öldürməyin cəzası

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.