• 23 Dekabr 2024

Allahı qəlbi qırıqların yanında axtar

gonullerHəzrəti Mövlana, Məsnəvi kitabında, insanların qəlbini qazanmağın əhəmiyyətinə toxunaraq qəlbi qırıq insanların, Uca Rəbbimizin yanındakı etibar və mövqelərinin yüksək olacağını söyləyir.
“Bu könül evinin içində kimin olduğunu bilirsinizsə, nə üçün bu könlün sahibinin qapısı qarşısında tərbiyəsizlik edirsiniz?”
“Axmaqlar, insanların tikdiyi məscidə hörmət göstərərlər, ancaq könül sahiblərinə biganə qalaraq onların könüllərini qırarlar.” (C.2, 3108-3109)
Könül, Uca Allahın nəzərgahıdır. Nəfsin ən böyük cinayəti bir könül qırmaqtır. Bunun üçün Mövlana həzrətləri başqa bir beytində:
“Kəbə Bünyad-ı Halîl-i Azeri est
Dil, nəzərgahi-ı cəlal-i Əkbər est “buyurmaqdadır.
Yəni Kəbə, Azər oğlu Xəlil İbrahimin inşa etdiyi bir quruluşdur. Könül isə o ucaların ucası olan Rəbbimizin nəzərgahıdır. Buna görə də nəzərgahı ilahi olan könülü yıxmaq Kəbəni yıxmaqdan daha böyük bir cinayət olaraq görülmüşdür.
İnsan, şərəfli məxluqat, yəni yaradılmışların ən mükəmməlidir. Onun qəlbi isə nəzərgahı ilahidir. Hədisi qüdsi olaraq nəql edilən bir rəvayətdə, “Mən yerə göyə sığmaram. Ancaq, bir mömin qulumun qəlbinə sığaram.”(Acluni, Kəşfül-Hafa, II, 195) buyurulmaqdadır. Bütün bunlar, insanın üstün mövqeyini ifadə etməkdə və onun ürəyini qırmağın, nə dərəcə ağır bir cinayət olduğunu ifadə etməkdədir.
Qəlbi qırıq insanların, Allahu təalanın yanındakı etibar və mövqeləri yüksəkdir. Allahın razılığını qazanmaq istəyənlər, belə qəmli könülləri sevindirməlidirlər. Necə ki, Həzrət-i Musa (ə.s) birgün:
“Ya Rəbb! Səni harada axtarım?” Deyə dua etmişdi. Allahu Təala da:
“-Məni qəlbi qırıqların yanında axtar!” (Əbu Nuaym, Hilyə, II, 364) buyurdu.
Əbu Hureyrə (ra)-dan nəql edilən bir hədisi qüdsidə də Peyğəmbər Əfəndimiz (səv) belə buyurur:
“Qiyamət günü Əziz və Cəlil olan Allah belə buyuracaq:
“-Ey Adəmoğlu! Mən xəstələndim, Məni ziyarət etmədin!”
Qul deyəcək:
“-Ey Rəbbim, Sən aləmlərin Rəbbi ikən, mən Səni necə ziyarət edim?”
Allahu təala buyuracaq:
“-Bilmədinmi, filan qulum xəstə idi, lakin sən onu ziyarət etmədin. Bilmirsənmi, əgər onu ziyarət etsəydin, yanında Məni tapacaqdın!”
Allah təala buyuracaq:
“-Ey Adəmoğlu! Mən səndən yemək istədim, amma sən Məni doyurmadın!”
Qul deyəcək:
“-Ey Rəbbim, mən Səni necə doyura bilərəm?! Sən ki, aləmlərin Rəbbisən!”
Allahu təala buyuracaq:
“-Mənim filan qulum səndən yemək istədi. Sən onu doyurmadın. Məgər bilmirsənmi ki, əgər sən ona yemək versəydin, məni onun yanında görəcəkdin.”
Rəbbimiz buyuracaq:
“-Ey Adəmoğlu! Mən səndən su istədim, Mənə su vermədin!”
Qul:
“-Ey Rəbbim, mən Sənə necə su içirə bilərəm? Sən ki, aləmlərin Rəbbisən! “Deyəcək. Bunun üzərinə Allah Təala:
“-Filan qulum səndən su istədi. Sən ona su vermədin. Bilmirsənmi, əgər ona su vermiş olsaydın, Məni onun yanında tapacaqdın!” Buyurur. (Müslim, Birr 43)
Zülmə məruz qalmış, könülü incimiş hər qulun duası, iman və ya küfr əhli olduğuna baxmayaraq, Uca Allaha ərzolunur və ən qısa zamanda qəbul olunur. Çünki məzlumun duası ilə Allahu təala arasında pərdə yoxdur. Peyğəmbər Əfəndimiz (səv), səhabələrinə belə məqbul olan məzlumları duasından çəkinmələrini bu cür tövsiyə etmişdir:
“Məzlumun duasından çəkinin. Çünki onun duası ilə Allah Təala arasında pərdə yoxdur. “(Müslim, İman, 29)
“Üç adam vardır ki, Allah onların dualarını rədd etməz:
1-İftar edənə qədər oruclunun duası,
2-Məzlumun duası,
3-Ədalətli dövlət rəîsinin duası. “(Ət-Tirmizi, Dəavat, 48; İbn Macə, Dua, 2)
Allahu təalanın, qullarının aşağılanmasına razı olmadığını, bu hədisi-şərif nə gözəl ifadə edir:
Rəsulullah (səllallahu əleyhi və səlləm) buyurdu ki:
“-Bir Adam: “Allaha and olsun ki, Allah, filankəsi bağışlamayacaqdır”! Dedi.
Allah Təala da:
“Filankəsi bağışlamayacağım xüsusunda, and içən kimdir? Mən onu bağışladım, and içənin əməlini isə puç etdim!” Buyurdu. (Müslim, Birr, 137)

Mənbə:islamveihsan.com

Read Previous

Müsəlmanın dost, peşə və xanım seçimi necə olmalıdır?

Read Next

Noyabr 2016

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.