• 08 Oktyabr 2024

Aşura günü nə kimi işlər görmək olar?

Mərhum Mahmud Sami Ramazanoğlu həzrətlərinin Aşura Günündə nə kimi işlərin görüləcəyinə və bu günün fəzilətinə dair qələmə aldığı ibrətli bir hekayə.

“Ər-Ravzu’l-Faik” kitabda belə bir hekayə anladılır:
Bir zamanlar Basrada zəngin bir adam var idi. Hər ilin Aşura günündə müsəlman qardaşlarını evinə toplayar, səhərə qədər Quran oxuyaraq gecəni əhya edər, harada kasıb və yoxsul, kimsəsiz varsa tapar və onların hamısına sədəqə verər, dul və yetimlərə ikram edər, əlindən gələn xeyir işləri etməkdən çəkinməzdi. Həmin zəngin admın bir qonşusu var idi və qonşusunun həm anası, həm də qızı illərdən bəri gəzə bilməyəcək vəziyyətdə xəstə idilər. Aşura günü qız atasından soruşdu:
“Atacan, bu gün nə günüdür? Nə üçün qonşumuz hər kəsi evinə yığıb bu gecəni Quran və zikrlə əhya edir?” Atası:
“Övladım, bu gün Aşura günüdür, Allah qatında bu günün hörməti böyükdür, həmçinin çox da fəzilətləri vardır” dedi.
Sonra onlar yatdılar. Lakin qızın gözünə yuxu girmirdi. Sanki nəfəsi kəsilmiş bir halda xəşyət ilə Quranı və zikrullahı dinləyirdi. Quranın xətm duasını olunan vaxt, üzünü səmaya doğru çevirdi və Allaha niyaz edərək:
“Ey Rəbbim! Bu gecənin sənin yanındakı hörməti və haqqı üçün, sənin razılığını qazanmaq məqsədi ilə bu gecə Quranını oxuyaraq yatmamış qullarının hörməti üçün məni bu xəstə halımdan qurtar!” Dedi. Hələ sözünü bitirməmişdi ki, o anda şəfa taparaq bütün ağrı və sancılarından xilas olmuş vəziyyətdə qalxıb oturdu. Səhər bu halı görüncə çaşıb qalan atası:
“Qızım, bu necə oldu?” Deyə soruşdu. O da:

“Atacan, bu günün vəsiləsi ilə Allaha yönəldim. O da mənə şəfa verdi” dedi.

Aşura günü nə kimi işlər görülməlidir?
Aşura günündə evə imkan nisbətində bol ərzaq almaq, möhtaclara sədəqə vermək, qonşu və qohum-əqrəbaya ikramlar etmək, il ərzində bərəkətə vəsilə olur. Yenə aşura günündə oruclu olub gecəsini də əhya etmək böyük əcr və savaba səbəb olacağı ifadə buyurulmuşdur.
Yəhudilərə bənzəməmək üçün məhərrəmin doqquzuncu və onuncu günləri yaxud onuncu və on birinci günləri birlikdə oruc tutulması lazım olduğu İbni Abbasdan rəvayət edilmişdir.

Mənbə:islamveihsan.com

Read Previous

Uşaqları cinsi təcavüzdən qorumaq üçün nə etmək lazımdır?

Read Next

Oktyabr 2017

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.