• 22 Dekabr 2024

Ataların qızları

ata qizBir qız uşağı dünyaya gəldiyi andan etibarən anasına meyilli, atasına isə heyran olar. Anasının qucağında şəfqət axtararkən, atası ilə özünü daha güclü hiss edib onunla oyun oynamaq üçün, əylənmək üçün min çarə axtarar. O, əmindirki,atası yanındaykən heç kəs ona zərər verə bilməz. Onun atası yer üzünün ən güclüsü, ən böyüyü, ən biliklisi və bir dənəsidir.Buna görədə nəsillərdən bəri hər bir uşaq üçün dəyişməyən bir həqiqət vardır; onun atası bütün ataları döyə bilər.

Uşaqların tərbiyəsində,təhsilində və inkişafında əsas vəzifələri təkbaşına daşıyan anadan bir addım geridə olan; varlığını,münasibətini və sevgisini hər zaman hiss etdirən ataların yeri çox önəmlidir. Ata qayğısından məhrum olan qız uşaqları, evlənmə çağına çatdiqdan sonra ər seçərkən məntiqli qərar verməkdə və bu evlilik içərisində layiq olduğu dəyəri tələb edə bilməkdə hər zaman çətinlik çəkirlər.

Ata-qız münasibəti məsafəli görünür, amma hər zaman söylənməyən sevgi sozlərinin arxasında güclü bir bağ, yıxılmaz bir sədaqət mövcuddur. Bir baxış, ata ilə qızının qəlbini sevgi ilə titrədər.

Son zamanlarda yetkinlik dövründəki qız uşaqlarının qeyri-ciddi münasibətlərinə görə problem yaşayan bir sıra ailələr mövcuddur. Ailələr, xüsusilə də analar, çarəsizliklə uşaqlarını baş verə biləcək təhlükələrdən qorumağa çalışarkən, təəssüflər olsun ki, onları özlərindən uzaqlaşdırırlar.Bu problemi yaşayan ailələrin tək ortaq nöqtələri isə, laqeyid atalardır. Ən önəmli vəzifəsi ailənin dolanışığını təmin etmək olan atalar, iş-gücə elə bağlanırlar ki, uçuruma sürüklənən qızlarını görə bilmirlər.

Bir qız uşağı atasının sevgisinə, güvəninə əmin olarsa, yanlış münasibətlərə, yollara yönəlməz. Ac insanın tapdığı hər şeyi yemək istəməsi kimi, valideynindən qayğı görməyən uşaq, sahib ola bilmədiyi ata sevgisini ətrafda axtarmağa başlayar. Bu sevgini və qayğını verməyə hazır olan bədniyyətli şəxslər hər cəmiyyətdə olduğu kimi bizim cəmiyyətdə də, təəssüf ki mövcuddur. Və yenə, təəssüf ki, bu şəxslər axtarış içərisində olan belə uşaqlara “həqiqi ata şəfqəti” ilə yanaşa bilmirlər. Bir neçə il bundan əvvəl dövlətə sığınaraq həyatını qurtarmağa çalışan 16 yaşlı bir qızla tanış olarkən qucağında 3 yaşında bir uşağı vardı. Tarlasına işçi olaraq getdiyi 40 yaşlı bir kişi, hələ 12 yaşında olan bu qızın axtardığı qayğını, bir gün başını oxşayaraq, bir gün ona fındıq gətirərək vermişdi. Qızın bu adamın yanında tapdığı hüzur, hələ yetkinliyə çatmadan bir evə ikinci həyat yoldaşı olaraq getməsi ilə sona çatmışdı. İkinci həyat yoldaşı olaraq getdiyi evdəki zülüm, işgəncə, son həddə çatdiqda qayıda biləcəyi ata evinin qapısı açılmamış, çarəsiz qucağındakı körpəsi ilə dövlətə sığınmışdı.

Rayon və kəndlərdə cərəyan edən bu cür faciələr, eyni şəkildə olmasa da, fərqli hekayələrlə qarşımıza çıxır. Şəhərdə yaşayan uşaqlar axtarışlarını tarlada deyil, virtual şəraitdə davam etdirirlər. Bəlkədə eyni damın altında televizor seyr edən atası, övladının qarnını doyurub, ehtiyaclarını təmin etdiyi üçün özü ilə fərəhlənərkən, atasının mənəvi yoxluğu içərisində olan qızı bir çox təhlükələrə yönəlməkdədir. Sağlam, düzgün bir ata-qız münasibəti qurmaq üçün bütün günü birlikdə keçirməyə gərək yoxdur. Birlikdə keçirilən zamanın keyfiyyətli olması yetərlidir.Evə gəldiyi zaman bir ata mütləq qızının hal-xətrini soruşmalı, qayğı göstərməli, onun sevdiyi şeyləri, marağı olan sahələri bilməlidir.Bir qız uşağı hər ehtiyacı olduğunda atasının ona dəstək olacağından əmin olmalıdır.

Bu gün evlilik həyatında, ərinin laqeydliyindən şikayət edən bəzi qadınların, uşaqlığında atasından qayğı və dəyər görmədikləri məlum olur. Uşaqlıq dövründə ata şəxsiyyəti necə formalaşırsa, evlilik çağında ataya bənzər şəxs, ər olaraq seçilir. Ailəni bürüyən xöşbəxtsizlik genetik bir miras kimi qızların boynuna yapışır. Beleliklə, yeni nəsillər, sevgini və münasibəti tələb etməyi bacarmayan,istədiyini əldə edə bilməyən bədbəxt analar tərəfindən yetişdirilir. Bu yazini oxuyan atalara qızları ilə münasibətlərinə diqqət yetirmələrini tövsiyə edirəm. İş saatlarının əlverişsizliyi, fiziki yorğunluq, boşanma kimi səbəblərə sığınaraq qızlarınızla aranızdakı münasibətləri puça çıxarmayın. Həyatda ikən onların atasız böyümələrinə icazə verməyin. Əks təqdirdə övladınızın insanlarla qurduğu münasibətlər hər zaman problemli olacaq, onu bədbəxt edəcək.

Yazını oxuyan analardan da,ərləri ilə qızları arasındakı münasibətlərdə problemlər varsa, ərlərini incitmədən xəbərdar etmələrini xahiş edirəm. Atadan məhrum yetişmək insanlarla münasibətdə çox təhlükəlidir. Ona görə də ərini itirən və uşaqlarını tək başına böyütmək məcburiyyətində olan anaların da, uşaqlarının inkişafını mütləq baba, əmi, dayı, kimi onlara ata şəfqətinə yaxın münasibət, sevgi və qayğı göstərə biləcək yaxınları ilə dəstəkləmələrini tövsiyə edirəm. Cəmiyyətimiz yalnız sağlam, problemsiz münasibətlərlə daha təmiz və daha xöşbəxt olacaqdır.

mənbə:

Bizim ailə jurnalı

Read Previous

Cəhənnəmə atılan şəhid, alim və comərd.

Read Next

Peyğəmbərimiz (s.ə.s.) karikaturasını yayan saytlara qadağa qoyuldu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.