• 04 Oktyabr 2026

Cəhənnəmə atılan şəhid, alim və comərd.

cehennemƏbu Hureyrə radiyallahu anh, ibadətlərində ixlası tərk edib, mənlik və həvəslərini önə çıxardan kəslərin aqibəti haqqında Həzrət Peyğəmbər səllallahu əleyhi və səlləmin belə buyurduğunu xəbər verir:

“Qiyamət günü hesaba çəkilmək üçün, şəhid olmuş bir nəfər Allahın hüzuruna gətirilir. Allah Təala, ona verdiyi nemətləri xatırladır, o da xatırlayır və bu nemətlərin ona verildiyini etiraf edir. Cənabi–Haqq:
«– Yaxşı, bəs sən bunun qarşılığında nə etdin?» Buyurur.
O kimsə:
«– Şəhid olana qədər Sənin uğrunda cihad etdim.» Deyə cavab verir.
Cənabi–Haqq:
«– Yalan deyirsən. Sən,  sənə nə qəhrəman adamdır desinlər deyə savaşdın, o da sənə deyilmişdir. »Buyurur. Sonra Allahu təalə əmr edər və o adam üzüstə sürüklənərək Cəhənnəmə atılar.
İkinci dəfə elm öyrənmiş, öyrətmiş və Quran oxumaqla məşğul olmuş bir adam hüzura gətirilir. Allah Təala ona da verdiyi nemətləri xatırladır. O da xatırlayır və etiraf edir. Ona da:
«– Yaxşı, bəs sən bu nemətlərin qarşılığında nə etdin?» Deyə soruşulur.
O da belə cavab verir:
«– Elm öyrəndim, öyrətdim və Sənin razılığın üçün Quran oxudum.» Cavabını verir.
Cənabi–Haqq:
«– Yalan deyirsən. Sən, sənə alim desinlər deyə elm öyrəndin, nə gözəl oxuyur desinlər deyə Quran oxudun. Bunlar da sənin haqqında deyildi. »Buyurur. Sonra Allahu təalə əmr edir və  o adam da üzüstə sürüklənərək Cəhənnəmə atılır.
Daha sonra Allahın hüzuruna, var dövlət və imkan sahibi olan  bir adam gətirilir. Allah Təala verdiyi nemətləri ona da xatırladır. O da verilən nemətləri xatırlayar və etiraf edir.
Cənabi–Haqq:
«– Yaxşı, bəs sən bu nemətlərin qarşılığında nə etdin?» Buyurur.
O şəxs:
«– Sənin verdiyin nemətləri,  sənin verilməsini istədiyin yerlərə verməkdən çəkinmədim, yalnız sənin rizanı qazanmaq üçün verdim, xərclədim.» Deyir.
Haqq Təala:
«– Yalan deyirsən. Sən, sənə “nə comərd adamdır” desinlər deyə bu əməlləri etdin. Bu da sənin üçün deyilmiş oldu. »Buyurur. Sonra Allahu təalə əmr edir və o adam da da üzüstə sürüklənərək  Cəhənnəmə atılır.

(Müslim, Abadlığa, 152)

Read Previous

Qaraçuxur məscidini yandıranlar kimdir?

Read Next

Ataların qızları

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.