• 03 Oktyabr 2024

Azərbaycan portalı atdığı addımı bir daha ölçüb-biçəcək – Əflatun Amaşov –

amasovAzərbaycanda fəaliyyət göstərən portallardan birinin Fransanın “Charlie Hebdo” həftəlik satirik jurnalında Məhəmməd Peyğəmbərin (s.ə.s.) dərc olunmuş karikaturasının surətini yaymağı ilə bağlı agentliyimizdə artıq məlumat verilib.

Məsələyə ilk olaraq Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov münasibət bildirib.
Şura sədri məsələ ilə bağlı bunları deyib: “Qərbin, Avropanın və hətta Türkiyənin bəzi KİV-ləri Fransanın “Charlie Hebdo” həftəlik satirik jurnalı əməkdaşları ilə peşə fəaliyyəti sahəsində həmrəylik nümayişindən çəkinməyiblər.
Amma unutmaq olmaz ki, Azərbaycan əhalisinin mütləq əksəriyyəti müsəlmandaır və milli-mənəvi dəyərlərimizə uyğun olan mentalitet daşıyıcısıdır. İslam peyğəmbərinin (s.ə.s.) karikaturasını dərcini özünə rəva bilmiş yerli portalın nə məqsəd daşıdığını hələ ki araşdırmamışıq. Amma bir şey aydındır ki, bu addım ölkənin digər KİV-ləri üçün də “nümunə” olacağı və cəsarət verə biləcəyi ehtimalını artırır.
Bütün hallarda Azərbaycan mətbuat işçilərinin peşə-davranış qaydalarında öz əksini tapmış maddələri rəhbər tumaq lazımdır. 2003-cü ildə Mətbuat Şurasının təsis qurultayında qəbul olunmuş Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarında deyilir: “Jurnalist adamları millətinə, irqinə, cinsinə, dilinə, peşəsinə, dininə, yaşadığı və ya anadan olduğu yerinə görə pisləməməli, onlar haqqında bu qəbildən olan bilgiləri qabartmamalıdır”. Güman edirəm haqqında danışılan portal atdığı addımı bir daha ölçüb-biçəcək.
mənbə:

Read Previous

Parisdə bir müsəlmanın qəlbindən gələn haray izlənmə rekordları qırdı – VİDEO –

Read Next

Zülqərneyn əleyhissalamın vəsiyyəti

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.