Azərbaycanda ilk dəfə olaraq brayl əlifbası ilə Quran kitabı nəşr olunub. Gözdən əlillər üçün nəzərdə tululan Qurani-Kərimin təqdimat mərasimi keçirilib.
ANS TV-nin məlumatına görə, tədbir zamanı qeyd edilib ki, Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyilə tərtib edilən brayl əlifbalı “Qurani-Kərim”in çapına, mart ayından başlanıb. 4 ay ərzində ərsəyə gələn müqəddəs Quran kitabı 7 cilddə çap olunub.
“Brayl əlifbası ilə “Qurani-Kərim”in nəşr olunması bu ilin ən böyük bir hadisəsidir. Çünki gözdən əlil insanlar üçün Quran kitabının bu cür nəfis bir şəkildə nəşr edilməsi və insanların ixtiyarına verilməsi çox böyük bir xidmətdir. Bu həm dinimiz, həm bizim vətəndaşlarımız, həm də gözdən əlil insanlarımız qarşısında. Onlarda istəyirlər ki, Quranı bilsinlər. Onların da buna haqqı var”, – deyə ilahiyyatçı Vasim Məmmədəliyev bildirib.
Mənbə: