• 22 Dekabr 2024

Toy və sünnət mərasimlərimiz necə olmalıdır?

uzukToy və Sünnət mərasimlərində diqqət edilməsi lazım olan xüsuslar nələrdir?

Yaşadığımız dövrdə dini adət ənənələrin diqqət edilmədiy xüsuslardan biri də toy və sünnət kimi mərasimlərdə sərgilənən qeyri-i İslami davranışlardır.

Övladlarımızın yeni bir həyata addım atdığı bu kimi mərasimlər Qurani Kərim tilavətləri ilə, dualarla, mənəvi söhbətlərlə, ağzı dualı insanların da çağırıldığı məclislərlə əhya edilməlidir.

Çünki sünnət mərasimlərində balalarımız, sahib olduqları İslam şəxsiyyətini daha da gücləndirməkdədir. Toylarda isə yeni bir dünya evinə addım atılmaqdadır. Həyatın bu qədər mühüm dönüş nöqtələri, Cənabi-ı Haqqın rəhmətini cəlbədəcək mərasimlərlə bəzədilməlidir. Allahın qəzəbinə düçar olacaq nəfsani davranışlarla deyil.

Təəssüf ki, hal-hazırda, məhrəmiyyət həssaslığının zəifliyə uğradığı, daha çox varlı kəslərin çağırılıb kasıb insanların unudulduğu, sanki israf dəliliyinə və güc nümayişinə çevrilən mərasimlərə tez-tez rast gəlinir. Bunlar isə ilahi rəhməti uzaqlaşdırıb qəzəbi üzərinə çəkən mənzərələrdir.

Ailə münaqişələrinin və boşanmaların hər keçən gün daha da artdığı bir dövrdə yaşayırıq. Çünki mənəvi həssaslıqdan uzaqlaşmaq Cənabiı Haqqın rəhmət, lütfündən məhrum olmaq deməkdir.

Unutmamaq lazımdır ki, İslam, bir bütündür. Həyatın bəzi mərhələlərində yaşanıb bəzi mərhələlərində tərk edilə bilməz. Həyatımızın hər mərhələsini İslamın ölçüləriylə tənzimləməyimiz lazımdır. Bunun üçün İslamın həssaslığı, əxlaqı və ruhaniyyəti, toy və sünnət kimi mərasimlərimizə də əks etdirilməlidir ki Cənabiı Haqqın rəhməti təcəlli etsin.

Mənbə:

islamveihsan.com

Read Previous

Azərbaycanda Brayl əlifbalı ilk Qurani-Kərim (VİDEO)

Read Next

Həcc və ümrəyə təkrar getməyin fəziləti

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.