• 03 Noyabr 2024

Bərzəx Aləmi

Bilal ibn Səid və Ömər ibn Əbdüləziz kimi xeyirli-sələf insanların (r.anhum) dediyi kimi, nöqsan sifətlərdən uzaq Allah-Təala Adəm oğullarını fani olmaq üçün deyil, ədəbiyyət üçün yaratmışdır. Onları xəlq etdikdən sonra bir yerdən başqa bir yerə köçürər. Hz. Mövlananın dediyi kimi: Unutmayın ki, dünyada yaşamırsınız, dünyadan keçirsiniz.

Allah insanların daha xeyirli əməl işləməsi üçün onları dünyada məskun etmişdir. Ölümlərindən sonra onları qiyamətdə bir arada cəm edənə qədər bərzəx aləminə keçirər. Hər bir şəxs əməlinin qarşılığı xırdalığına qədər veriləcəkdir. Onlar bərzəx aləmində olmalarına rəğmən yaxşı əməllərinə görə mükafat və ikram görəcəklər pis əməllərinə görə isə rəzil olacaqlar. Allah-Təala buyurur: “… Onların önündə dirilib ( haqq-hesab üçün Allahın hüzurunda) duracaqları günə (qiyamət gününə) qədər bərzəx ( öldükdən sonra qiyamətədək qalacaqlarə aləm ) vardır.”

Şəbiyə deyildi: Filankəs ölmüşdür. O dedi: Həmin adam indi nə dünyadadır, nə də axirətdə. O, bərzəx aləmindədir. Bir dəfə Şəbi bir nəfərin belə dediyini eşitdi: Filankəs öldü və axirət əhlindən oldu. Bunun üzərinə o dedi: Axirət əhlindən oldu demə, qəbit əhlindən oldu de.

Ata Xorasani demişdir: Bərzəx aləmi dünya ilə qiyamət arasında keçən bir zaman dilimidir.

Buxari və Müslim Bəra ibn Azibdən (r.a) təxric etmişlər ki: “Allah iman gətirənləri dünyada da, axirətdə də möhkəm bir sözlə ( kəlmeyi-şəhadətlə) sabitqədəm edər…” ayəsi qəbir əzabı haqqında nazil olmuşdur. Müslimdə bu əlavə də vardır: “Ona: Rəbbin kimdir?- deyə sual veriləcək. O da belə cavab verəcəkdir.: Rəbbim Allahdır, Peyğəmbərim isə Muhəmməddir(s.ə.s). Bax bu, Allahın həmin ayəsində buyurduğu məqamın özüdür: “Allah iman gıtirənləri dünyada da, axirətdə də möhkəm bir sözlə (kəlmey-şəhadətlə) sabitqədəm edər…”

Əbu Davud isə Bəra ibn Azibdən belə bir hədis təxric etmişdir: Hz. Peyğəmbər (s.ə.s) ilə ənsardan olan bir kişinin cənazəsini dəfn etmək üçün qəbiristanlığa getmişdik. Biz ora çatdığımızda hələ qəbir hazır olmamışdı. Hz. Peyğəmbər (s.ə.s) əyləşdi. Biz də sanki başımızda quş oturmuş kimi (sakitcə) onun ətrafında əyləşdik. Hz. Peyğəmbər (s.ə.s) (düşüncəli vəziyyətdə) əlindəki bir çubuqla yerdə cizgilər çəkirdi. Birdən başını qaldırdı iki və ya üç dəfə: “Qəbir əzabından Allaha sığının!”- buyurdu.

(Ravi) Cəririn nəql etdiyi hədisdə belə bir əlavə də vardır: Vəfat etmiş şəxs insanlar onu dəfn edib qayıdarkən onların ayaq səslərini belə eşidir. Həmin anda ona deyilir: Ey filankəs! Rəbbin kimdir, dinin nədir, Peyğəmbərin kimdir?

(Sənəddə yer alan ravi) Hənnad demişdir: Onun yanına iki mələk gələr, onu otuzdurar və belə deyərlər: Rəbbin kimidir? Vəfat etmiş mömin şəxs deyər: Rəbbim Allahdır. Mələklər: Dinin nədir? Vəfat etmiş şəxs: Dinim İslamdır. Mələklər: Sizə göndərilən şəxs (Hz.Məhəmməd s.ə.s) haqqında nə bilirsən? Vəfat etmiş şəxs. O, Allahın Elçisidir- səllallahu əleyhi və səlləm. Mələklər: Bunu hardan öyrənmisən? Vəfat etmiş şəxs: Mən Allahın Kitabını oxudum, ona inandım və təsdiq etdim, – deyər.

(Ravi) Cəririn nəql etdiyi hədisdə belə bir əlavə də vardır: Həmin məqam Allahın bu ayəsində buyurduğudur: “Allah iman gətirənləri dünyada da axirətdə də möhkəm bir sözlə (kəlmeyi- şəhadətlə) sabitqədəm edər…”

Hər iki hədis ( Əbu Muaviyə və Cərir) nəqlində eynilə belə qeyd olunur. (Sonra) Hz. Peyğəmbər (s.ə.s) belə buyurdu: ” Səmadan belə bir səs gələr: “Qulum doğru söylədi, ona cənnətdə yer hazırlayın, cənnət paltarlarından geyindirin və onun üçün cənnətə bir qapı açın.” Bu sözlərin ardından qula cənnət mehi və qoxusu gələr. Beləcə o, qəbirdə ikən ” gözünün gördüyü qədər” üfüqü açılar…”

Bütün bu xəbərlər mömin olub əməlisaleh olan şəxslər üçün möhtəşəm bir müjdədir. Ancaq ruhani və qeybi aləmdə baş verən bir proses olduğuna görə, həmin hadisələri tam təsəvvür etmək imkanımız məhduddur, öz-özlüyündə sirrini qorumaqdadır. Tam müşahidəsi ruhumuz son nəfəsdə cəsədimizdən ayrılarkən mümkündür. Son nəfəsdə imanla köçmək duasıyla…

Bir Təfəkkür Nümunəsi

Nəhayət birinin ölümü gəlib çatdığı zaman o belə deyər: ” Ey Rəbbim! Məni geri ( dünyaya) qaytar! Bəlkə, (indiyə qədər) zay etdiyim ömrüm müqabilində yaxşı bir iş görüm!” (əl- Muminun, 99-100)

Səhabələrdən Rəbi ibn Heysəm (r.a) bu ayədən çox təsirlənmişdi. Hətta evində bir məzar qazmışdı. Qəlbinin qatılığını, dünya sevgisinin ürəyində baş qaldırdığını hiss etdiyi zaman bu qəbrə girər, bir müddət orada qalaraq qəbir həyatını təfəkkür edərdi. Sonra bu ayəni oxuyar və məzarından. çıxardı.

Bundan sonra da öz nəfsinə xitab edərək:

“Ey Rəbi! Gördüyün kimi geri qaytarıldın. Geri qaytarılmayacağın gün gəlmədən saleh əməllər işlə!”

Read Previous

İNSANIN ÜZÜ VƏ BARMAQ UCLARI?

Read Next

Nümunə götürmə və təqlidə meyl