• 22 Dekabr 2024

Bir anlıq öldüyümüzü düşünək

mezar Istəyirsən gəl beş dəqiqə ölümü düşünək
AZRAİL heç bir xəbər vermədən gəldi haqladı başının üstünü
Düşün ki, heç hesabda olmayan, həmişə təxirə saldığın, ölüm; sənə gənc yaşda gəldi...
Qılmadığın namazlar, hər şey bir anda gözlərinin qarşısından keçdi.
Dünyada ağılından keçirdiyin xəyallar bir anda silindi beynindən. Sadəcə İslam üçün etmədiyin, xəfifə aldığın  şeylər gəldi ağılına. Sorğu sual əsnasında vəziyyətin keçdi gözlərinin qarşısından
azrail Çırpınışına baxmadan Ruhunu çəkməyə başladı barmaqlarının ucundan
Nəfəs xırıltıların qorxunc bir şəkildə yüksəlməyə başladı...
artıq Ruhun bədənindən ayrıldı Bədənin hərəkət qalmadı...
Evinə xəbər göndərdilər; uşağınız haqqın rəhmətinə qovuşdu deyə
Səni aprıb sənə özəl bir nəfərlik otağa yerləşdirdilər...
Morqdasan
Buz kimi bir məkanda
Birazdan sevdiklərin başına yığılıb ağlayacaqlar
kəfənin ən yaxının tərəfindən açılır
Səni görən məyus olur
Sənə can verə bilmirlər
Sən morqda bir nəfərlik otaqda ikən boyuna görə kiçik yatağın (qəbrin) çoxdan hazırlanmışdır
Ölümü heç düşünməmişdin ama,  ölümə addım atdın heç ummadığın bir vaxtda
Sən o gecəni tükləri ürpərdərək tikan tikan edən yerdə keçirərkən sənin isti yatağın evdəkilərə qorxu salacaq
Rəhmətliyin yatağıydı deyəcəklər
Sənin otağına baxıb qorxacaqlar
Ən sevdiklərin belə qorxacaq səndən. Hərəkət etməyən bədənin onlara qorxu filmi kimi gələcək. Halbuki müdafiəsiz, özünü müdafiə edə bilməyən bir ət yığını olduğunu unudacaqlar Ən sevdiyin, qucağına alaraq öpüb qoxladığın uşaqların belə yanına yanaşa bilməyəcək. Qorxacaqlar səndən
Ölümün bir çox adama qısa zamanda unudacaqları önəmli dərslər verəcək
Ölümünlə kimi dul qalacaq, kimi yetim
Kiminə övlad acısı daddıracaqsan, kimisinə adını qoya bilmədiyimiz ağrılar
ALLAH RƏHMƏT EYLESİN! deyəcəklər arxandan….
Sən hələ o soyuq yerdəykən cənazənin qılınacağı məscid qılınacaq namaz vaxtı təyin edilərək qısa bir zaman içərisində yaxın çevrənə bildirilmişdir
Sənə zəng edənlərə bu səs necə də gözəl dərs verir:
Aradığınız şəxsə zəng çatmır. Xahiş edirik təkrar yoxlamayın. Onunla artıq görüşə bilməzsiniz. O artıq dünyada deyil. Xahiş edirik nömrəsini silin telefonunuzdan...
Nömrən o dəqiqə silinir
Telefonlardakı nömrən ölüm iyi verir artıq
Sən morqdaykən ölüm və xüsusi olaraq sənin ölümün danışılacaq evlərdə
Gündəmdə sən varsan Ölümün var
Bu danışmalar çox eşidildi:
_ Görəsən sıra kimdədir?
_ Səndən sonra görəsən kimin adı oxunacaq?
_ Daha dünən görüşmüşdüm!
_ Hələ də inana bilmirəm!
_ Demək ki, ölümün yaşı yoxdur!
_ Bir gün biz də öləcəyik
səhər olur
Yaxınların dünyada bir gün belə qalmağına razı olmazlar
Ən sevdiyin insanlar səninlə birlikdə qəbirə gəlməkdən çəkinərlər və gəlməzlər də…
Əməllərinlə baş başa qalırsan...
Nə bir yardımçın olur məni qurtarın deyəcək, nə də bir ailən.
Allahım deyib inləsəndə kimsədən zərər və ya fayda olmaz sənə
İlk dəfə varlığın sıxıntı verir başına yığışanlara
Sən hələ artalardaykən qüsulxana qapısına adın yazılar
Ömürdə bir dəfə yuyunulan bir yerdir ora
Buz tutmuş bədənin isti sular altında yumşalarkən bədəninə dokunanlara unuda bilməyəcəkləri bir ürpərti verərsən
ölümündən sonra ikinci dayanacağın olan taxtadan yapılmış bir minik qapı önündə səni gözləyir
O ömürdə bir dəfə minilən tək minikdir
iki üç adamın köməyi ilə cansız bədənin tabuta qoyularkən tükünü belə tərpədə bilməyəcəksən
Yenə ömründə ilk son dəfə minəcəyin bu minik sənə xüsusi hazırlanmışdır
yola düşürsən

Read Previous

Zamanımızın kəskin zəhəri Coca-cola

Read Next

Obama ilk dəfə öldürülən müsəlman gənclərdən danışdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.