Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın reaksiyasından sonra ABŞ prezidenti Barak Obama öldürülən 3 müsəlman gənc haqqında ilk açıqlamasını verib.
Bu haqda məlumatı “haber3” saytı yayıb.
Ərdoğan Şimali Karolinada öldürülən müsəlman gənclərlə bağlı Obamanı səssiz qalmaqda günahlandırıb.
Obama isə bu hadisənin üstündən üç gün keçəndən sonra yazılı bəyanat verib. O, ABŞ kəşfiyyatının qətliamla bağlı istintaq apardığını deyib və gənclərin ailələrinə başsağlığı verib.
mənbə: