• 22 Dekabr 2024

Bir kimsənin qıldığı namaz, tutduğu oruc sizi aldatmasın!

Hz. Ömərdən (ra) bir nəsihət

Bir insanın ibadətlərində, davranışlarında, əxlaqında və həyat tərzində Allah və Rəsulunun əmrlərinə riayət etmə həssaslığı yoxdursa, onu mənən tərəqqi etməyi umması boşdur. Bu barədə hz Ömərin (ra) bizə verdiyi ölçülər çox manidar və önəmlidir:

“Bir kimsənin qıldığı namaza, tutduğu oruca baxmayın;
Danışarkən doğru söyləyirmi?
–Özünə bir əmanət tapşırıldığı zaman, əmanətə riayət edirmi?
–Dünyəvi işlərlə məşğul ikən, haram halal ölçülərinə diqqət edirmi? Bunlara baxın.”

İslam, davranış qaydalarına çox əhəmiyyət verir və insanlar arası münasibətləri bəzi təməl qaydalar işığında detallı şəkildə tənzimləmişdir. Bir müsəlman fərdi həyatını İslama uyğun yaşamaq məcburiyyətində olduğu kimi, ictimai həyatını da, Allahın əmrlərinə uyğun şəkildə nizamlamalıdır. Yəni İslamı həyatının hər sahəsinə tətbiq etməlidir. Buna müvəffəq olmayan insan, saleh mömin dərəcəsinə çatmaz. Peyğəmbər əleyhissəlam da, belə buyurur:

Pis davranış sahibi olan kimsə cənnətə girə bilməz[1]

Digər tərəfdən həqiqi mənada və ləyaqətlə qılınan namaz, tutulan oruc insanı hər cür pisliklərdən uzaq tutacağını dinimiz bizə xəbər verir. Lakin nəfsini islah etməyən, əxlaqını gözəlləşdirməyən bir mömin, ibadətlərindən feyz ala bilməz. Buna görə də onu pisliklərdən, xatalardan qorumaz.


[1] Tirmizi, Birr, 29/1946

Read Previous

Ərəb dili dərsləri – on birinci dərs

Read Next

Nəsihət və gözəl rəftar