• 22 Dekabr 2024

Nəsihət və gözəl rəftar

Ülvi dəyərlərin təməlli olaraq davamiyyəti əsas təşkil edən yeganə qurum ailədir. Onun qorunması və möhkəm əsaslara bağlanması ictimai bir zərurətdir. O halda ata-ana arasındakı münasibət bu dəyərlərin inkişafına xidmət məqsədi daşımalı və ailə daxili kiçik-böyük hər bir işdə onun mənafeyini güdəcək addım atılmalıdır. Necə ki evliliyin xoş güzəranını təmin üçün Quran, əvvəlcə kişiyə ailədə qadına yaxşı rəftar etməsini, xoşagəlməz hallarda isə səbirli və təmkinli olmağa tələb edir. Naxoş gördüyü bəzi şeylərin də xeyrə aparacağını ümid edərək Allahdan nicat gözləməsini tövsiyə edir. Bu haqda Qurani Kərimdə deyilir:

“Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin. Əgər onlara nifrət etsəniz (dözün). Ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun.”[1]

(Ey kişilər!) Öz başınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (yola gəlməzsə) onlardan yatağınızı ayırın və döyün! Sizə itaət etdikdə  isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın. Əlbəttə, Allah ucadır, böyükdür!”[2]

“Əgər bir qadın öz ərinin qaba rəftarından, yaxud ondan üz çevirməsindən qorxarsa, onların öz aralarında bir növ barışıb düzəlişmələrindən (ər-arvada) heç bir günah gəlməz. Çünki barışmaq daha xeyirlidir. Ancaq nəfslərdə xəsislik (qısqanclıq) həmişə mövcuddur. Əgər siz yaxşı dolanıb (dava-dalaşdan, kobud rəftardan) çəkinsəniz (bu sizin üçün daha yaxşı olar). “Şübhəsiz ki, Allah etdiyiniz hər bir işdən xəbərdardır!”[3]


[1] Nisa 4/ 19

[2] Nisa, 4/34

[3] Nisa, 4/128

Read Previous

Bir kimsənin qıldığı namaz, tutduğu oruc sizi aldatmasın!

Read Next

QƏDR SURƏSİ