• 22 Dekabr 2024

BORC HAQQINDA HƏDİSİ-ŞƏRİFLƏR

borcMüsəlman bir şəxs , sırf Allah rizası üçün mömin qardaşlarının ehtiyaclarının qarşılanmasını özü üçün bir şüar etməlidir.   Belə şəxslərə Hz. Peyğəmbər əfəndimiz hədisi-şəriflərdə müjdələr verməkdədir :

“Bir kimsə, mömin qardaşından dünya çətinliklərindən birini aradan qaldırarsa, Allah da qiyamət günündə o möminin sıxıntılarından birini aradan qaldırar.

Bir kimsə darda qalana asanlıq göstərərsə, Allah Təala da ona dünya və axirətdə asanlıq göstərər.

Bir kimsə, bir müsəlmanın ayıbını örtərsə, Allah da onun dünya və axirətdəki ayıblarını örtər.

Mömin qul, din qardaşının köməyində olduğu müddətdə, Allah Təala da o qulun köməyindədir …”(Müslim, Zikr, 38; İbn-i Macə, Müqəddimə, 17)

Darda qalmış olan möhtaca borc vermək, mühüm və fəzilətli bir əməldir. Peyğəmbər Əfəndimiz belə buyurmuşdur:   “Mirac gecəsində cənnətin qapısı üzərində bu ibarələrin yazılı olduğunu gördüm: «Sədəqə, on misliylə mükafatlandırılacakdır. Borc pul isə on səkkiz misliylə … » Mən: «-Ey Cəbrail! Borc verilən şey, nə üçün sədəqədən daha üstün olur? »Deyə soruşdum. Cəbrayıl ə.s:   «-Çünki Yoxsul, (əksəriyyəti) yanında az-çox pul olduğu halda sədəqə istəyər. Borc istəyən isə, ehtiyacı səbəbiylə müraciət edər. »Cavabını verdi.” (İbn-i Macə, sədaqət, 19)

Bununla birlikdə borçlulara əldən gəldiyi qədər asanlıq göstərilməli; xüsusilə borclu səmimi bir şəkildə ödəməyə səy etdiyi halda buna müvəffəq ola bilmirsə, ona möhlət verilməlidir. Allah-Təala belə buyurur: “Əgər sizə borclu olan şəxs çətin vəziyyətdə olarsa, ona vəziyyəti yaxşılaşıncaya qədər möhlət verin! Əgər bilmək istəyirsinizsə, (borcu) ona sədəqə olaraq bağışlamağınız daha yaxşıdır!”(Əl-Bəqərə, 280)

Hədisi-şəriflərdə buyurulur: “Kim bir borcluya möhlət versə, hər gün üçün bir sədəqə savabı qazanar. Kim onun borcunu ödəmə vaxtı gəldikdən sonra təxir edərsə, təxir etdiyi müddət əsnaında, hər keçən gün (alacağı mal qədər) sədəqə yazılır. “(İbn-i Macə, sədaqət, 14)

“Satışda, alışda və borcunu istəməkdə asanlıq göstərən kimsəyə Allah rəhmət etsin.” (Buxari, Büyu, 16; İbn-i Macə, ticarät, 28)

“Allah Təala sizdən əvvəlki ümmətlərdən bir adamı bağışladı. Çünki o satdığında işi asanlaşdırar, aldığında asanlıq göstərər və borçludan alacağını istəyərkən asanlığı seçərdi. “(Tirmizi, Büyü, 75/1320; Nəsai, Büyu, 104; İbn-i Macə, ticarät, 28)

“Allah Təalanın özünü, qiyamət gününün çətinliklərindən xilas etməsini istəyən kimsə, borcunu ödəyə bilməyənlərə möhlət tanısın və ya ondan bir hissəsini bağışlasın.” (Müslim, Müsakat, 32; Əhməd, II, 23)

Lakin borclu da bu yaxşılığı sui-istifadə etməməlidir. O da səmimi bir şəkildə borcunu ödəmə səyi içində olmalıdır. Əks təqdirdə cəmiyyətdəki yaxşılıq hisslərini söndürər və bir çox insanın zərər görməsinə səbəb olar. Allah Rəsulu -səllallahu əleyhi və səlləm- belə buyurmuşdur:

 

“Şübhəsiz ki, sizin xeyirliniz, borcunu ən gözəl şəkildə ödəyəndir.” (Buxari, istiqraz 4, Vəkalət 6; Müslim, Müsakat 120)

“Zənginin borcunu ödəməyi təxirə salması zülmdür …” (Buxari, Havâlât 1, 2, istikraz 12)

Mənbə:islamveihsan.com

Read Previous

Sədəqə haqqında hədisi şəriflər

Read Next

Üçüncü yol

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.