• 03 Oktyabr 2024

Böyük günahlar

gunahاَلْكَبَا ئِرُ: اَلْإِشْرَاكُ بِا اللهِ، وَعُقُوقُ الْوَالِدَيْنِ، وَقَتْلُ النَّفْسِ، وَالْيَمِينُ الْغَمُوسُ

Böyük günahlar bunlardır: Allaha şərik qoşmaq, ata-anaya itaətsizlik etmək, haqsız yerə adam öldürmək və yalandan and içmək. (Buxari, Əyman vən-nüzur 16, Diyat 2, İstitabətul-murtəddin 1)

Allaha şərik qoşmaq və ata-anaya itaətsizlik etmək. Bu iki günahın yan-yana gəlməsinin səbəbi Allah-Təala insanı, ölümdən sonra başlayacaq əbədi həyatı və orada gözlərin görmədiyi tükənməz nemətləri qazansın deyə yaratmışdır. İnsanı yaratmaq üçün də ata ilə ananı bir vasitə etmişdir. Deməli insanın dünyaya gəlməsinə səbəb olan valdeyinlərinə qarşı minnət borcu var. Bu borcu unudub onlara məsuliyyətsiz davranması böyük günahlardandır.

“Haqsız yerə adam öldürmək” Allaha şərik qoşmaq və ata-anaya itaətsizlikdən sonra zikr edilən günahdır. Allah-Təala belə buyurur: Buna görə də İsrail oğullarına yazıb buyurduq ki, kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür. Kim də onu ölüm-dən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar. Elçilərimiz onlara aydın dəlillər gətirdilər. Onların çoxu isə bundan sonra da yer üzündə həddi aşdılar. (Maidə, 32) Haqsız və səbəbsiz olaraq bir insanı öldürən şəxs bütün insanları öldürmüş kimi sayılır. Əgər bir şəxsi öldürənin qisas olaraq öldürülməsi lazım gələrsə bu vəzifəni hər hansı bir sıravi vətəndaş yox, məhz dövlət tərəfindən həmin işlərlə vəzifələnmiş məsul şəxslər yerinə yetirməlidirlər.

“Yalan yerə and içmək” Yalan danışmaq, yalan yerə şahidlik etmək kimi böyük günahlardandır. Hədisin məhşur ravilərindən mühəddis Şabinin (ö.103/721) açıqladığına görə Yalan yerə and içmək , bir müsəlmanın malını haqsız yolla əldə etmək üçün edilən anddır. Belə bir and insanı günaha sonra da cəhənnəmə salar və etdiyin yeminin kəffarəsini ödəmək məcburiyyətində qalarsan.

Bizlər də nəinki böyük günahlar hətta kiçik günahlardan qorunmalı və günaha düşməyə səy göstərməliyik.

سَبْعَةٌ يُظِلُّهُمُ اللهُ فِي ظِلِّهِ يَوْمَ لَا ظِلَّ إِلَّا ظِلُّهُ: إِمَامٌ عَادِلٌ، وَشَابٌّ نَشَأَ فِي عِبَادَةِاللهِ عَزَّ وَجَلَّ, وَرَجُلٌ قَلْبُهُ مُعَلَّقٌ بِالْمَسَاجِدِ، وَرَجُلَانِ تَحَابَّا فِي اللهِ اِجْتَمَعَا عَلَيْهِ وَتَفَرَّقَا عَلَيْهِ، وَرَجُلٌ دَعَتْهُ اِمْرَأَةٌ ذَاتُ مَنْصِبٍ وَجَمَالٍ فَقَالَ: إِنِّي أَخَافُ اللهَ، وَرَجُلٌ تَصَدَّقَ بِصَدَقَةٍ فَأَخْفَاهَا حَتَّي لَا تَعْلَمَ شِمَالُهُ مَا تُنْفِقُ يَمِينُهُ، وَرَجُلٌ ذَكَرَ اللهَ خَالِيًا فَفَاضَتْ عَيْنَاهُ

Heç bir kölgənin olmadığı qiyamət günündə Allah-Təalə yeddi (qurup) insanı Öz ərşinin kölgəsi altında kölgələndirəcəkdir. Adil dövlət başçısı, Rəbbinə qulluq edərək, təmiz həyat sürərək böyüyüb yetişən gənc, Qəlbi məscidlərə bağlı olan müsəlman, Bir-birini Allah üçün sevib, görüşmələri də, ayrılmaları da Allah üçün olan iki insan, Gözəl və məqam sahibi bir qadının birlikdə olmaq təklifinə “Mən Allahdan qorxuram” deyərək yaxınlaşmayan kişi, Sağ əlin verdiyindən sol əlin xəbəri olmayacaq qədər gizli sədəqə verən kəs, Tənha qalanda Allahı yada salıb göz yaşı tökən adam. (Buxari, Azan 36, Zəkat 16 Riqaq 24, Hüdud 19, Müslim, Zəkat 91, Tirmizi, Zöhd 53)

Heç bir kölgənin olmadığı qiyamət günündə Allah-Təalə yeddi (qurup) insanı Öz ərşinin kölgəsi altında kölgələndirəcəkdir cümləsindən məqsəd Allah-Təala həmin şəxsləri qiyamət gününün sıxıntılarından rəhməti ilə qoruyacaqdır mənasındadır. Hədisdə keçən şəxslərə baxdığımızda onların hər biri çətin imtahandan keçmiş və Allahın rizasını hər şeydən üstün tutmuşlar.

Adil dövlət başçısı: Müslümanların rəhbərliyini boynuna götürmüş şəxs deməkdir. Müsəlmanlar dünya da onun himayəsi altında bir başqa ifadə ilə desək onun kölgəsindədirlər. Buna görə də adil, dürüst bir idarəçinin axirətdə görəcəyi mükafat Allahın himayəsi altında olmasıdır.

Rəbbinə qulluq edərək, təmiz həyat sürərək böyüyüb yetişən gənc: Gənclik illərini Allaha qulluq edərək namazlı-niyazlı keçirən, nəfsini Allahın qadağan etdiyi şeylərdən qoruyan, şəhəvi arzularına qalib gələn və Allah qulluq edərək yetişib böyüyən gənc deməkdir. Gənc yaşlarda günahlardan qorunub Allah qulluq etmək digər yaşlara nisbətən çətin olduğuna görə də Allah-Təala həmin gəncləri öz himayəsi altına alacağını bildirmişdir.

Qəlbi məscidlərə bağlı olan müsəlman: Qəlbi hər zaman məscidə bağlı olan, ibadətlərini daim məsciddə yerinə yetirən müsəlmanın da axirətdə görəcəyi qarşılıq Allahın himayəsi olacaqdır.

Bir-birini Allah üçün sevib, görüşmələri də, ayrılmaları da Allah üçün olan iki insan: Allah rızası üçün bir-birlərini sevən, heç bir mənfəət gözləməyən, görüşdükləri zaman da bərabər olduqları zaman da ayrıldıqları zaman da qəlbləri bir-birinə bağlı olan iki şəxsin də axirətdə mükafatı ərşin kölgəsində kölgələnmək oalcaqdır. Məhz buna görə də bərabər olduğumuz şəxsləri belə sevməyimiz lazımdır.

Gözəl və məqam sahibi bir qadının birlikdə olmaq təklifinə “Mən Allahdan qorxuram” deyərək yaxınlaşmayan kişi: Belə bir təklif qarşısında qalan şəxs mən Allahdan qorxuram, və ya Onun əzabından, qəzəbindən qorxuram deyərək nəfsini qoruyan şəxs həqiqi igidlik göstərmiş deməkdir. Muasir dünyamızda kişi-qadın əlaqələri daha sıx olduğuna görə belə günahlara düşməkdən özümüzü daha çox qorumalıyıq.

Sağ əlin verdiyindən sol əlin xəbəri olmayacaq qədər gizli sədəqə verən kəs: Hər kəs sədəqə verdiyi və ya bir yaxşılıq etmək istədiyi zaman çalışmalıdır ki bunu gizlı yolla etsin. Çünki belə olduğu zaman göstərişdən, riyadan qorunmaq daha rahatdır. Buda qibtə olunacaq bir hərəkətdir.

Tənha qalanda Allahı yada salıb göz yaşı tökən adam: İnsanlardan uzaq heç kəsin olmadığı tənha yerlərdə belə Allahı yada salıb göz yaşı tökən insan, çox insanın bacarmadığı bir qulluğu etmiş deməkdir. Belə bir sevginin qarşılığı da axirətdə əlbətdə ki, Allahın himayəsi olacaqdır. Allah-Təala hər kəsi günahlardan qorusun. Amin.

Read Previous

Peyğəmbərlər günlük həyatda hansı işlə məşğul olurdular

Read Next

Cavabı bilinməyən sual

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.