• 21 Dekabr 2024

Peyğəmbərlər günlük həyatda hansı işlə məşğul olurdular

peygamber_meslekQuranda adları çəkilən peyğəmbərlərin hər biri bir və ya bir neçə dünya işi ilə məşğul olmuş və dolanışıqlarını bu yolla təmin etmişlər. Beləcə həm insanlara gözəl və faydalı peşələr öyrətmişlər, həm də onları başqalarına boyun əyməkdən qurtarmışlar. Buna görə də tövhid əqidəsini kimsədən qorxmadan müdafiə etmişlər.
Rəsulullah -səllallahu əleyhi və səlləm- bir gün:
“Allahu təalanın göndərdiyi hər peyğəmbər, mütləq qoyun güdmüşdür.” Buyurdu.
Bunun üzərinə səhabələri:
“-Siz Də mi qoyun güddünüz, ya Rəsulallah?” Deyə soruşdular.
Peyğəmbər əfəndimiz (səv):
“Bəli, ödəniş qarşılığında Məkkəlilərin qoyunlarını güdərdim.” Buyurdu. (Buxari, İcarəyə, 2, Ənbiya, 29; İbn-i Macə, Ticarət, 5)
Bütün peyğəmbərlər hədisdə ifadə edildiyi kimi çobanlıq etməklə bərabər göndərildiyi qövmə liderlik və təlimçilik etmişlər.
Bəs, Quran-ı Kərimdə adı keçən peyğəmbərlərin peşələrinin nə olduğunu bilirsinizmi?
HZ. ADƏM ə.s: İlk əkinçilik mühəndisi və cütçü idi.
HZ. ŞİD ə.s: Toxucuların, hörücülərin və materiallar sənayesinin ilk qurucusu idi.
HZ. İDRİS ə.s: İynəni ilk icad edən, ona dəlik açan, iplik keçirən olduğundan, dərzilərin hörücülərin piri sayılır.
HZ. NUH ə.s: Dülgərlərin, gəmiçilərin, dənizçilərin piri idi.
HZ. HUD ə.s: Tacir idi. Bütün tacirlərin piri sayılır.
HZ. SALEH ə.s: Sürülərlə dəvələr yetişdirərdi. Südlərini həm içər, həm də satıb dünyalığını təmin edərdi. Saleh peyğəmbərin dəvəsi məşhurdur.
HZ. İBRAHİM ə.s: Kəbəni yenidən inşa etməsi ilə, Hz Süleyman (as)-a və Memar Sinana öndərlik etmişdir.
HZ. ƏYYUB ə.s: Əkinçiliklə məşğul idi.
HZ. LUT ə.s: Tarixçi idi. Səyyahların, Övliya Çələbi kimilərinin piridir.
HZ. İSMAİL ə.s: Quru və dəniz ovçuluğu ilə dolanışığını təmin edərdi. Ovçuların piri sayılır. 70 dil bilirdi. Tərcüməçilərin də piridir.
HZ. HARUN ə.s: Vəzir idi.
HZ. İSHAK ə.s: Çoban idi.
HZ. Yaqub ə.s: Çoban idi.
HZ. YUSUF ə.s: Saadı ilk icad edən, İlk dəfə torpaq məhsulları ofisini quran, bolluq zamanında yığmağı, qıtlıq zamanında xalqa paylamağı düşünən bir peyğəmbərdir.
HZ. ŞUAYB ə.s: Əkinçiliklə məşğul idi.
HZ. MUSA ə.s: Çobanlıq etmiş və Hz. Şuayb (ə.s)-aa xidmətçilik etmişdir.
HZ. DAVUD ə.s: Dəmirçi işləyirdi, zireh hazırlayar və nizamlı ordular qurardı, Calutun ordularını məğlub edən bir komandirdir.
HZ. SÜLEYMAN ə.s: Əmr, hökmdar idi. Qamışdan zənbil hazırlayardı. Mis mədənini ilk dəfə işləyən Odur.
HZ. ZÜLKİFL ə.s: Çörək bişirərdi, çörəkçilərin piri idi.
HZ. İLYAS ə.s: Toxucu və iplikçilərin piri idi.
HZ. YUNUS ə.s: Balıq ovlayıb dolanardı, balıqçıların piri idi.
HZ. Üzeyr ə.s: Bağban idi. Meyvə ağaclarını ilk dəfə aşılayan fidan yetişdirən, budama işlərini insanlara öyrədəndir. Bağ və bağça işləriylə məşğul olanların piridir.
HZ. LOĞMAN ə.s: Həkimlik və əczaçılıq peşəsinin piridir.
HZ. İSA ə.s: Ovçu və dülgər idi. Ov aləti ilə dolanışığını təmin edərdi. Ovçuların piri idi.
HZ. MUHAMMED (səllallahu əleyhi və səlləm) Kiçik yaşlarda çobanlıq etmiş daha sonra ticarət və cihad ilə məşğul olmuşdur.

Mənbə:islamveihsan.com

Read Previous

İmanın Bədəli Nədir?

Read Next

Böyük günahlar

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.