• 22 Noyabr 2024

Bu şəhərdə iftar vaxtı iki dəfə əzan oxunur

81622329Şəhərdə ilk azan sünnilər tərəfindən, bundan 8 dəqiqə sonra ikinci azan cəfəri məzhəbi mənsubları tərəfindən oxunur. Məlumata görə, illərdir davam edən bu vəziyyət yerlilər tərəfindən təbii qarşılanır və sakinlər azanın hansı məsciddə oxunduğuna baxaraq oruclarını açırlar. 
Cəfəri din xadimi Zəki Tümay rəsmilərdən bu işin bir sistemə qoyulmasını gözlədiklərini deyib.
“Azana hamı diqqət etməli, hörmət göstərməlidir. Bəzi insanlar azan səsini eşidən kimi orucunu açırlar. Bu səhvdir. Müftiliyin müəyyən etdiyi azan vaxtı ilə bizim azan vaxtı arasında 7-8 dəqiqə fərq var. Bizim fiqhdə günəş batdıqdan sonra qərb üfüqündə meydana gələn qırmızılıq insanın başının üstündən keçdikdən sonra şam namazının və iftarın vaxtıdır. Sünni qardaşlarımızda isə qırmızılıq itən kimi şam namazının vaxtıdır. Arada 8 dəqiqə fərq var. Biz 8 dəqiqə tez açsaq, orucumuz batil olar. Amma onlarda 8 dəqiqə gec oxunsa, heç nə olmaz. Sünni qardaşlarımızdan anlayış gözləyirik”. 

Sünni məscidlərdə isə, rəsmi dövlət komitəsi olan “Diyanət”in təyin etdiyi vaxtda azan oxuduqlarını deyirlər. Yerlilər isə orucu bəzən tez, bəzən gec açdıqlarını, bəzən də şəxsi fətvaları ilə hərəkət etdiklərini bildirirlər.

mənbə:

xezerxeber.com

Read Previous

Ərəb ölkəsində Ramazana xas olan qadağa

Read Next

İftarda və sahurda yediklərimizə diqqət etməliyik.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.