• 22 Noyabr 2024

İftarda və sahurda yediklərimizə diqqət etməliyik.

images12Sahur zamanı süd, pendir, yağ kimi yeməklərə üstünlük verilməlidir. Şorba, tərəvəz və zeytun yağlı yeməklərdən də istifadə etmək olar. Çalışmaq lazımdır ki, kəpəkli çörəkdən istifadə edək. Sahur vaxtı plov, paxlalı şeylər yemək insan mədəsinə çox ziyandır. İnsanın gün ərzində tez acmasına səbəb ola bilər. Çox yağlı və duzlu yeməklərdən uzaq durulmalıdır.

İftarda çalışmaq lazımdır bir dəfəyə yediyimiz yeməkləri 3-4 dəfəyə yeyək.

Məsələn, iftarı su və ya xurmayla açıb, sonra bir qab şorba yeyərək namaz qılsaq, daha gözəl və bədənə də xeyrli olar. Namaz qıldığımız an doyduğumuzu da hiss edəcəyik və yenidən süfrəyə döndükdə az yemək istəyəcəyik.

Ramazan ayı boyunca, xüsusən də yay ayında çoxlu su içmək lazımdır. Mütəxəssislər gün ərzində 1,5-2 litr su içməyi tövsiyə edirlər. Su əvəzinə meyvə suyu, təbii mineral sular da içmək olar.

İftardan sonra yağlı şirniyyatlar yeməkdən çəkinin, əvəzində hansısa südlü şirniyyat yeyə bilərsiniz. Məsələn, pudinq və ya buna bənzər şeylər.

 Ramazan ayı boyunca çalışmaq lazımdır ki, ilk olaraq duru yemək yeyilsin. Sonra sobada qızardılmış toyuq və ya ət, suda bişmiş yeməklər, düyü, qarabaşaq və buna bənzər şeylər yeyilməlidir. Yemək yedikdən sonra televizor seyr etmək, kompüter arxasında oturmaq, divanda oturmaq insanın yediyinin həzminə mane olur. Ən yaxşısı, yemək yedikdən sonra biraz gəzməkdir. Bu, insan orqanizminə daha xeyrlidir.
Qəbizliyin qarşısını almaq üçün təzə meyvələr, tərəvəzlər, quru meyvələr, qoz, fındıq, badam kimi çərəzlər yemək daha məsləhətlidir.

Read Previous

Bu şəhərdə iftar vaxtı iki dəfə əzan oxunur

Read Next

Oruc tutan hər kəs bu videonu izləməlidir.(ağlamamaq imkansızdır)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.