• 23 Dekabr 2024

Bunları unutmayın (1 ci hissə)

  dusunceli[1] Möhtərəm möminər!  Gəlin bir düşünək. Həyatımız boyu unutmamağımız   lazım olan nə qədər   çox   şey   var.  Bu    xütbə  həyatımızın ən vacib məsələlərini unutmamağımız üçün hazırlanmışdır.  İnsan unutqandır. İnsan Allahın hər an  onun   yanında  olub  ona nəzarət etməsini, etdiyi   hər bir şeyə görə Allaha cavab verəcəyini, ölümü,  məzarı,   cənnət    və cəhənnəmin   var,     olduğunu    unudur.  Unutmamağımız lazım olan şeyləri bu şəkildə sıralaya bilərik.   

     1.  Allahın sizə nə qədər  yaxın olduğunu unutmayın!

   Sizin bu an ağlınızdan keçənlər, uşaqlığınızda başınıza gələn hər hansı bir hadisə, bir neçə il sonra görəcəyiniz işlər də daxil olaraq hər şeyi Allah bilir. Necə  ki,  Qaf surəsi 16-cı ayədə belə  buyurulur:

  “And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq! (İnsanın adi hərəkətlərindən tutmuş ürəyindən keçən ən gizli hisslər, duyğular belə Allaha mə’lumdur!)    

 Yunus surəsi 61 ci ayədə isə   beə buyurur:  

   “Sən   hansı bir  vəziyyəttə olsan, Qurandan nəyi oxusan və   siz   hansı   işi   görsəniz, başınız bunlara qarışan zaman  (bilin   ki)  Biz   sizə şahidik. Nə yerdə, nə göydə zərrə ağırlığında belə bir şey Rəbbinin nəzərindən  qaçmaz.”

     Bütün  bunlara   baxmayaraq insanlar    Allahı çox    uzaqda    fikirləşirlər.  Sanki Allah     bu   dünyanı   yaradıb və    onları    başlı  başına buraxıb.     Bu    əsla      belə       deyildir.    Yer    üzündə    hər     varlıq       Allaha      möhtacdır.   Allah    isə     heç   bir  şeyə möhtac deyildir.
     2. Hər       bir        hadisənin          Allahın    nəzarəti      ilə baş verdiyini unutmayın!
  Allah elə bir güc sahibidir ki, Qurani-Kərimdə bildirildiyi  kimi   Onun    icazəsi   olmadan    ağacdan bir  yarpaq  belə  yerə   düşməz.  Kiçik    bir uşaqdan   alimə    qədər  insana   bildiklərini    öyrədən,    görə   bilmədiklərimizi     də bilən      görən    Allahdır.        Unutmayın      ki,    ən      kiçik      bir   şey   belə    Allahın nəzərindən qaçmır.
3. Sahib       olduğunuz      malın     hamısını sizə  verən  Allah  olduğunu unutmayın!
  Nisa surəsi 131-ci ayədə Allah-Təala   belə  buyurur:

      “Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur.”
      Siz Allahın təyin elədiyi vaxt gəldikə sahib olduğunuz hər şeyi bu dünyada buraxıb çılpaq bədəninizlə bir neçə    metr   kəfənə   bükülüb   bir çuxura atılacaqsınız. Ruhunuz isə ancaq   gördüyünüz   əməllərlə Allahın hüzuruna gedəcək.
 

   4. Allahın sizin üçün dilədiklərindən başqa    başınıza    heç bir şeyin gəlməyəcəyini unutmayın!
 

    Səhər yuxudan oyananda heç kim bu gün onun başına nə gələcəyini bilmir. İnsan nə qədər də özü özlüyündə planlar qursa da o özünün istədiyi kimi hərəkət etmir. Allah-Təala Tövbə surəsi 51-ci ayədə beə buyurur:

   “Deki: Bizə Allahın bizim üçün yazdığından başqa heç nə üz verməz. O, bizim himayəçimizdir. Qoy möminlər Allaha təvəkkül etsinlər.”

    Unutmayın ki, sizi bütün sıxıntılardan, bəlalardan, xəstəliklərdən qoruyan yalnız Allahdır.
     Siz xəstələnərkən dərman içəndə sizə ən birinci dərmanın çox böyük  kömək   etdiyini   düşünürsünüz. Ancaq bu   işdə   sizə   Allah kömək   etməsə  ən   bahalı dərman, ən    yaxşı     həkim    belə   sizə     kömək    edə  bilməz.    Əlbəttə    xəstəliyi      verən də Odur, sağaldan da Odur. 

   5.Yalnız Allahdan qorxmağınız lazım gəldiyini unutmayın!          

 

Allah Təala Bəqərə surəsi 150-ci ayədə belə buyurur:

“(Ey möminlər!) Siz onlardan (Allahdan başqalarından) deyil, Məndən qorxun; Mən də sizə olan nemətimi tamamlayım (artırım) ki, siz haqq yolu tapasınız.”
 

     Bəzi   insanlar  həyatları   boyu   insanları razı etmək üçün yaşayır,  onu  yaradan Allahı razı etmək haqqında   heç  düşünmürlər. Allahı  unudub  insanları razı  etmək   üçün   keçən   hər   saniyə    onalar üçün zərərlidir.     Unutmayın   ki,    Allah qorxusu dinin təməlidir.
  Allah-Təala Ənfal surəsi 29-cu ayədə beə buyurur:   

“Ey insanlar! Əgər Allahdan qorxsanız O sizə haqqla nahaqqı ayırd edən (bir nur) verər. Günahlarınızın üstünü örtüb sizi bağışlar. Allah böyük lütf, mərhəmət sahibidir.”

   5. Allahın  çox   bağışlayıcı  olduğunu,   tövbə qapısı daima  sizin   üçün   açıq    olduğunu    unutmayın!

  Unutmayın   ki,   ölüm sizə    gəlib    çatanda etdiyiniz tövbə qəbul olunmaz.
    “Mən sizin ən uca Rəbbinizəm” deyən  Firon dənizdə boğulduğu an iman etmiş, Allaha yalvarmağa başlamışdı. Ancaq Allah onun tövbəsini qəbul etməmişdi.  Çünki, gecdir. Allah-Təala Nisa surəsi 17-ci ayədə beə buyurur:

“Günah işlər görməkdə davam edərək ölüm   yetişən  anda “Mən indi tövbə etdim” deyənlərin     kafir   olaraq    ölənlərin    tövbələri    qəbul   olunmaz.   Biz   onlar   üçün şiddətli əzab hazırlamışıq.”
    Əziz  müsəlmanlar!   Xütbəmi    Ənkəbut surəsinin 64-cü ayəsi  iə bitirirəm:  

     “Bu dünya  həyatı oyun-oyuncaqdan, əyləncədən    başqa   bir   şey  deyil.   Axirət yurdu isə şübhəsiz  ki, əbədi  həyatdır. Kaş ki, bilsəydilər.”

http://minber.az/sohbetler/Bunlari_unutmayin 1 hisse.mp3

 

7  Zilqədə 1434 / 13 Sentyabr 2013

 

Read Previous

Halalların Allaha ən sevimsiz olanı boşanmadır

Read Next

Özünüzü və ailənizi oddan qoruyun!

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.