• 23 Dekabr 2024

Özünüzü və ailənizi oddan qoruyun!

 

cehennem[1]      Möhtərəm möminlər, Bu dünyaya imtahan üçün gələn insanın qarşısında, biri Cənnətə, digəri də Cəhənnəmə gedən iki yol vardır. İnsan bu yollardan hər hansı birini seçməkdə sərbəstdir. Ancaq qullarına qarşı çox mərhəmətli olan Uca Allah insanın cəhənnəmə gedən yolu seçməsinə razı deyildir. Məhz bunun üçün Uca Allah, Peyğəmbərlər, kitablar və dinlər göndərərək insanlara xəbərdarlıq etmişdir. Hamınızın bildiyi kimi son Peyğəmbər Həzrət. Muhamməd (səs), son ilahi kitab Qurani-Kərim və son din də İslamdır. Bütün bunlara inanan ona təslim olan və onun əmrlərini həyatında tətbiq edən kimsə isə mömin və müsəlmandır. Uca Allah oxuduğum bu ayədə biz möminlərə belə xəbərdarlıq edir: “Ey iman gətirənlər! Özünüzü və ailənizi elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar, xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, əmr etdiklərini yerinə yetirən daş qəlbli və çox sərt təbiətli mələklərdir.” Ayədə, insanla daşların bərabər qeyd edilməsi, cəhənnəmin kafirlər üçün hazırlanmış olduğunu göstərir. Bu ayə nazil olduğunda Həzrət Ömər (radiyallhu ənh) Peyğəmbərimizə (səs)- “Ya Rəsulallah! Özümüzü (cəhənnəm odundan) qorumağa çalışırıq, bəs ailəmizi necə qoruya bilərik?”- deyə sual verdi. Bu sualı Rəsulullah (səs) belə cavablandırdı. “Allahın sizə əmr etdiyi şeyləri onlara da əmr edin və Allahın qadağan etdiyi şeyləri də onlara qadağan edin. Məhz bu, onları qorumaqdır.” Əziz möminlər! Elə isə müsəlmanın əsas vəzifəsi evini müsəlman evi halına gətirməsidir. Müsəlmanın dinini təbliğ edəcəyi ilk yer öz ailəsidir. Müsəlman öz dinini şəxsi olaraq yaşadığı kimi ailə fərtlərinin də bu dini yaşamasını təmin etməlidir. Ailəsini bir İslam məktəbi halına gətirməlidir. Hər axşam, ailəvi olaraq İslami bir kitab oxumağa çalışmalıdır. Təsəvvür edin ki bir ailədə, hər kəs ibadətlərini yerinə yetirir, hərkəsin üzü gülür və heç kəs bir-birini incitmir. Bu ailə, nə xoşbəxt bir ailədir. Ailə xoşbəxt olduqda cəmiyyət də xoşbəxt olur. Çünki ailə, cəmiyyətin qalasıdır. Ailə cəmiyyətin ilk məktəbidir. Ana-Ata isə bu məktəbin ilk müəllimləridir. Ana-Ata övladlarına gözəl tərbiyə verdikləri zaman bu məktəb gözəldir. Əks halda cəmiyyət əxlaqsızlaşır. Şərəfli möminlər, Rəhmli və Mərhəmətli olan Allah bizə xəbərdarlıq edir. Özünüzü və ailənizi cəhənnəm odundan qoruyun deyir. Onlara dinlərini öyrədin, namazı əmr edin deyir. Yalnız özünüzü düşünüb, məncil olmayın deyir. Müsəlmanların qeybətini etməyin, onların qüsurlarını araşdırmayın, deyir. Fitnə-fəsad çıxartmayın deyir. Fitnə-fəsad çıxarmağın adam öldürməkdən daha betər olduğunu bilin deyir. Bir-birinizə qarşı kin saxlamayın, bir-birinizi Allah üçün sevin deyir. Özün üçün istədiyindən qardaşın üçün də istə. Özünə istəmədiyini qardaşın üçün də istəmə deyir. Allahın kitabından möhkəm yapışın, Rəsulullahın verdiyini alın, qadağan etdiklərindən çəkinin, İslamı bütöv yaşayın və qurtulun deyir. İnsanları Allahın dinindən uzaqlaşdıranlar, dini təhrif edənlər, onun bəzi əmrlərini yerinə yetirib bəzilərini isə qəbul etməyənlər, Müasir dövrdə İslamı yaşamağı geriqalmışlıq kimi qələmə verənlər, dini elmin önündə əngəl görənlər, yalnız özünü düşünüb məncil olanlar, fitnə-fəsad çıxaranlar, cəmiyyət içərisində əxlaqsızlığı yayanlar, Allahdan başqa ilahları olanlar, nəfsini özünə ilah edənlər və müsəlmanları bölüb parçalayan kimsələr haqqında Qurani-Kərim belə bildirir: “Siz və Allahdan başqa ibadət etdiyiniz bütlər də cəhənnəm yanacağısınız. Siz cəhənnəmə varid olacaqsınız.” “Möminlər arasında (onları nüfuzdan, hörmətdən salmaq məqsədilə) pis söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir. Ancaq Allah bilir, siz bilməzsiniz!” “Kim Rəbbinin hüzuruna günahkar kimi gələrsə, onu Cəhənnəm (cəhənnəm əzabı) gözləyir. O, orada nə ölər, nə də yaşayar.” “(Allah tərəfindən) açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar.” Möhtərəm mnöminlər! O halda, gəlin özümüzü və ailəmizi dünya və axirət sıxıntılarından qurtarmaq üçün Allahın əmr və qadağanlarına itaət edək. Evimizi, İslamın yaşandığı bir ev halına gətirək. Peyğəmbərimizin (səs) buyurmuş olduğu bu Hədisi-Şərifi heç vaxt unutmayaq. Necə ki, Rəsulullah (səs) belə buyurur: “İçində Allahın adı anılan ev diriyə, Allahın adı anılmayan evi isə ölüyə bənzəyir.”

http://minber.az/sohbetler/ozunuzu_ve_alinezi_odda_qoruyun!.mp3

14 Zilqədə 1434 / 20 Sentyabr 2013

Read Previous

Bunları unutmayın (1 ci hissə)

Read Next

Həcc

2 Comments

  • Özünüzü və ailənizi oddan qoruyun!

  • bismillah

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.