• 19 Mart 2024

Cəhənnəmə atılan şəhid, alim və comərd.

cehennemƏbu Hureyrə radiyallahu anh, ibadətlərində ixlası tərk edib, mənlik həvəslərini önə çıxardan kəslərin aqibəti haqqında Həzrət Peyğəmbər səllallahu əleyhi səlləmin belə buyurduğunu xəbər verir:

Qiyamət günü hesaba çəkilmək üçün, şəhid olmuş bir nəfər Allahın hüzuruna gətirilir. Allah Təala, ona verdiyi nemətləri xatırladır, o da xatırlayır bu nemətlərin ona verildiyini etiraf edir. CənabiHaqq:
«Yaxşı, bəs sən bunun qarşılığında etdinBuyurur.
O kimsə:
«Şəhid olana qədər Sənin uğrunda cihad etdimDeyə cavab verir.
CənabiHaqq:
«Yalan deyirsən. Sən,  sənə qəhrəman adamdır desinlər deyə savaşdın, o da sənə deyilmişdir. »Buyurur. Sonra Allahu təalə əmr edər və o adam üzüstə sürüklənərək Cəhənnəmə atılar.
İkinci dəfə elm öyrənmiş, öyrətmiş Quran oxumaqla məşğul olmuş bir adam hüzura gətirilir. Allah Təala ona da verdiyi nemətləri xatırladır. O da xatırlayır etiraf edir. Ona da:
«Yaxşı, bəs sən bu nemətlərin qarşılığında etdinDeyə soruşulur.
O da belə cavab verir:
«Elm öyrəndim, öyrətdim Sənin razılığın üçün Quran oxudum.» Cavabını verir.
CənabiHaqq:
«Yalan deyirsən. Sən, sənə alim desinlər deyə elm öyrəndin, gözəl oxuyur desinlər deyə Quran oxudun. Bunlar da sənin haqqında deyildi. »Buyurur. Sonra Allahu təalə əmr edir və  o adam da üzüstə sürüklənərək Cəhənnəmə atılır.
Daha sonra Allahın hüzuruna, var dövlət və imkan sahibi olan  bir adam gətirilir. Allah Təala verdiyi nemətləri ona da xatırladır. O da verilən nemətləri xatırlayar etiraf edir.
CənabiHaqq:
«Yaxşı, bəs sən bu nemətlərin qarşılığında etdinBuyurur.
O şəxs:
«– Sənin verdiyin nemətləri,  sənin verilməsini istədiyin yerlərə verməkdən çəkinmədim, yalnız sənin rizanı qazanmaq üçün verdim, xərclədim.» Deyir.
Haqq Təala:
«Yalan deyirsən. Sən, sənə comərd adamdır” desinlər deyə bu əməlləri etdin. Bu da sənin üçün deyilmiş oldu. »Buyurur. Sonra Allahu təalə əmr edir və o adam da da üzüstə sürüklənərək  Cəhənnəmə atılır.

(Müslim, Abadlığa, 152)

Read Previous

Qaraçuxur məscidini yandıranlar kimdir?

Read Next

Ataların qızları

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.