• 26 Dekabr 2024

Cənnətə yaxın kəslər

cennete_yakin_kimselerMəhəbbət və dostluq, müştərəklikdən qaynaqlanır. Cənabi-Haqq comərd olduğu üçün, qulunun da comərd olmasından xoşlanar. Belə ki, həmin qulunun comərdliyi hörmətinə, onun içərisinə düşməkdən xilas ola bilmədiyi bəzi xəta və qüsurlarını da bağışlayar.
Bir hədisi-şərifdə: “Comərdin qüsurlarına baxmayın, çünki o, hər səhv etdiyində Allah Təala onun əlindən tutar.” Buyurulmaqdadır. (Heysəmi, VI, 282)
Digər bir hədisi-şərifdə isə comərdliyin Allah qatındakı fəzilətinə belə işarə edilir:
“Comərd insan, Allaha, Cənnətə və insanlara yaxın, Cəhənnəm atəşindən isə uzaqdır. Xəsis isə, Allaha, Cənnətə və insanlara uzaq, Cəhənnəm atəşinə isə yaxındır! Cahil comərd, Allah Təalaya, xəsis abiddən daha sevimlidir. “(Tirmizi, Birr, 40/1961)
Xülasə, Cənabi-Haqq qulunun xəsis olmasını istəmir. Xəsislik, kasıb olma qorxusuyla Haqqa təvəkkül və təslimiyyət nöqsanlığından meydana gələn bir iman zəifliyidir. Qulun, Yaradanına sığınacağı yerdə fani dünya malına sığınıb bağlanmasıdır. Cənabi-Haqq isə, nəfsin tamahını iman cəsarətiylə yenməyimizi və daim Ona təvəkkül edib, güvənməyimizi arzu edir.

Mənbə:islamveihsan.com

Read Previous

Əsl yoxsul kimdir?

Read Next

Namaz möminin meracıdır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.