Rəsulullah Əfəndimiz (səv) bir gün:
“-Cəbrayıl (əs) yanıma gələrək əlimdən tutdu və mənə ümmətimin girəcəyi Cənnət qapısını göstərdi” buyurdu.
Hz. Əbu Bəkir (ra) dərhal atılıb:
“-Ey Allahın Rəsulu! O əsnada sizinlə birlikdə olub o qapıya baxmağı nə qədər istərdim!” Dedi.
Allah Rəsulu (səv):
“-Ey Əbu Bəkir, bunu yaxşı bil ki, ümmətimdən Cənnətə ilk girəcək adam sənsən!” Buyurdu. (Əbu Davud, Sünnə, 8/4652)
Hz. Əbu Bəkir (ra), Cənnətlə müjdələnən bəxtiyar səhabələrin ən öndə gələni idi.
Mənbə:islamveihsan.com