
Peyğəmbər əfəndimiz (səv) qızı Fatiməyə toy günü belə nəsihət etdi:
*Qızım, evimizdən çıxıb başqa bir evə, ülfət etmədiyin bir kimsəyə gedirsən.
* Sən ərinə yer ol ki, o sənə göy olsun!
* Sən ona xidmətçi ol ki, o sənə kölə olsun!
* Ərinə yumşaq davran!
* Hirsli hallarında səssizcə yanından uzaqlaş.
* Hirsi keçənə qədər ona özünü göstərmə.
* Ağzını və qulağını mühafizə et.
* Ərin sənə ağır söz söyləsə, söylədiklərini eşitmə.
* Əsla cavab vermə!
* Ona qarşı gəlmə!
* Daim səndən gözəl söz eşitsin, gülər üz görsün.
* Buna görə də sənə yaxşı nəzərlə baxsın.