• 26 Dekabr 2024

Dost seçimi haqqında hədisi şəriflər

لَا تُصَاحِبْ إِلَّا مُؤْمِنًا، وَلَا يَأْكُلْ طَعَامَكَ إِلَّا تَقِيٌّdost secimi

Mömindən başqası ilə dostluq etmə, yeməyini müttəqidən başqası yeməsin.(Əbu Davud, Ədəb 16, Tirmizi, Zöhd 56)

Cəmiyyətdə insanlarla əlaqə yaratmaq üçün bir neçə yol vardır. Bu yollardan biri də onlarla dostluq etməkdir. Hər bir insan özünə başqalarından daha yaxın hiss etdiyi şəxsləri özünə dost tutar və onlarla daha səmimi əlaqələr qurar. Başqalarına açmadığı sirlərini, dərtlərini və fikirlərini onlara açar. Onlarla bərabər olmaqdan zövq alar və fürsət tapdıqca dostları ilə bərabər olmağa çalışar. Peyğəmbərimiz (s.ə.s) də, dostluq edilən şəxs və ya şəxslərin ən mühüm xüsusiyyətinin müsəlman olmasına diqqət edilməsidir buyurmuşdur. Müsəlmana müsəlman şəxslərlə dostluq etmək yaraşar.

Dostumuzun təcrübəli, yetişmiş bir müsəlman olması bizlərində pis yollara düşməməsinə köməklik etməkdədir. Necəki atalarımız demişkən “Atı atın yanına bağlasan həm rəng olmasa da həm xasiyyət olar”. Bizlərdə dostluq etdiyimiz şəxsləri daha yaxşı tanımalıyıq. Çünki insan dostunun hər bir halından təsirlənər.

Hədisimizdə keçən yeməyini müttəqidən başqası yeməsin cümləsinə baxdığımızda yemək yedirmək və ya yaxşılıq etmək üçün məcburən saleh insanları mı tapmalıyıq? Bəs onda pis və günahkar şəxsləri necə islah etməliyik? Bu suallara Xəddabi (ö.388, 998) belə bir açıqlama vermişdir: burada keçən yemək xüsusi dəvət yeməyidir. Yeməyimizi müttəqidən başqası yeməməlidir demək deyildir.

 

اَلرَّجُلُ عَلَي دِينِ خَلِيلِهِ, فَلْيَنْظُرْ أَحَدُكُمْ مَنْ يُخَالِلُ

İnsan dostunun həyat tərzindən təsirlənər. Ona görə də hər biriniz kiminlə dost olacağına diqqət etsin.( Əbu Davud, Ədəb 16, Tirmizi, Zöhd 45)

İnsan dostları ilə hər zaman münasibətdə olduğuna görə bu münasibət əsnasında onlardan təsirlənməməsi mümkünsüzdür. Məhz buna görə də Peyğəmbərimiz (s.ə.s) İnsan dostunun dini üzərədir, ona görə dostunuzun kim olduğuna diqqət edin.(Əbu Davud, Ədəb 19, Tirmizi, Zöhd 45) buyurmuşdur. Ümumiyyətlə insanlar adətən öz dininə mənsub olan şəxsləri dost tutarlar. Çünki din insana dost seçimində rol oynayır. Buna görə də müsəlman müsəlmanları qoyub, kafirləri dost tutmamalıdır. Məhz buna görədə Qurani-Kərim də və Peyğəmbərimizin (s.ə.s) sünnələrində bu mövzuda bir çox tövsiyyələri vardır.

Dostluğun sadəcə bu dünyada deyil axirətdə də insanın xoşbəxtliyinə və ya peşman olmasına səbəb olacağı bildirilmişdir. Allahu-Təala kitabında belə buyurur.
Həmin gün zalım kimsə barmaqlarını dişləyərək deyəcəkdir: “Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim! Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım!
Çünki Zikr (Quran) mənə çatdıqdan sonra o, məni ondan uzaqlaşdırdı”. Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır
. (Furqan 27-29)

Mən filankəslə dostluq edirəm amma ondan heç təsirlənmirəm deyərək özümüzü aldatmaq yerinə, insanın bəyəndiyi şəxslərə bənzəmə xüsusiyyətinə sahib olduğunu göz önünə alaraq, dost seçiminə diqqət etməliyik.

 

 

Read Previous

İman nemətinin bədəlini necə ödəyə bilərik?

Read Next

İslam qardaşlığı necə olmalıdır?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.