• 25 Dekabr 2024

İman nemətinin bədəlini necə ödəyə bilərik?

iman_nimeti_bedeliAllahu təala biz aciz qullarını yoxdan var edərək sayısız varlıqlar arasında insan, insanlar arasında əhli iman, əhli iman arasında da Rəsuli-i Əkrəm (səv) Əfəndimizə ümmət etdi. Heç bir bədəl ödəmədiyimiz halda, tamamilə Allahın lütfü ilə bu böyük nemətlərə nail olduq.
Bəli, dünyaya bir bədəl ödəmədən gəldik. Lakin axirətə bədəl ödəyərək gedəcəyik. Çünki Uca Allah, saysız nemətlərinə qarşılıq, bizdən şükür istəyir. Ayəti kərimələrdə:
“Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz.” (ən-Nəhl, 18)
“Nəhayət o gün (qiyamət günü, dünyada ikən faydalandığınız) nemətlərdən əlbəttə və əlbəttə hesaba çəkiləcəksiniz.” (Ət-Təkasur, 8) buyurur.
Bu da bir həqiqətdir ki bədəli ödənməyən bir şeyə sahiblik iddia etmək, əbəs bir işdir. Möminlər olaraq bu dünyada əbədəlini ödəməmiz lazım olan ən qiymətli varlığımız isə imanımızdır.
Əlhamdülillâh, Cənabi-Haqqın “Hadi” sifətinin təcəllisinə məzhər olaraq imanla şərəfləndik. Lakin Cənabi-Haqq:
“Ey iman edənlər! Allahdan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olaraq can verin! “(Ali-İmran, 102) buyurur.
Diqqət edilirsə Rəbbimiz bizlərə “müsəlman olaraq can verirsiniz” buyurmamışdır. Yəni son nəfəsi imanla verə bilmə garantimizin olmadığını, hər an ayaq sürüşmə təhlükəsiylə qarşı-qarşıya olduğumuzu bildirir. Lakin əlimizdən gəldiyincə imanla can verməmizi əmr buyurur. Çünki bu imtahan həyatı bir dəfəyə məxsusdur. Nə təkrarı var, nə də əvəzedicisi.
O halda müsəlman olaraq can verə bilmək üçün, canımız bahasına da olsa imanımızı qorumaq, bunun üçün heç güzəştə getməmək və hər halımızda ona sahib çıxmaq məcburiyyətindəyik.
Həyatda ən çətin şey, iman nemətinin əvəzini tam olaraq ödəyə bilməkdir. Çünki bunun müəyyən bir sərhəddi yoxdur. Bu səbəblə son nəfəsimizə qədər bütün imkanlarımızla Allah yolunda səy göstərib Cənabi Haqqın rəhmət və məğfirətini ümid etməyimiz şərtdir.
Çünki iman, ilahi bir lütf, imtahan isə, imanın səhhət dərəcəsini ölçən bir vasitədir. Mömindən istənilən isə ibadət, təqva, ehsan, səbir, şükür, fədakarlıq, xidmət və təslimiyyətlə imanı mühafizə etməkdir. İman Cənabi Haqqın lütfü ilə ilahi mükafatlara nail olmağın əvəzidir. Yəni Haqq Təala, lütf etdiyi iman nemətinin qiymətini dərk etməyimiz üçün, biz qullarından sanki bir qarşılıq istəyir. Bu qarşılığın necə ödənəcəyini də belə bəyan buyurmaqdadır:
“Allah, möminlərdən canlarını və mallarını, onlara (veriləcək) Cənnət qarşılığında satın almışdır.”(ət-Tövbə, 111)
Demək ki içində olduğumuz bu imtahan aləmi, Cənnətin satın alınacağı bir bazar hökmündədir. Bu bazardakı ən böyük sərmayəmizin isə, canlarımız və mallarımızdır. Həqiqətdə can kimin, mal kimin? Canı verən kim, malı verən kim? Uca Allahın lütf etdiklərini yenə Ona təslim və təqdim etməkdən ibarət bir imtahan içindəyik.
İbrahim (as) böyük peyğəmbərlərdən olduğu halda, canıyla, malıyla və övladıyla imtahan edildi. Tövhidi müdafiə etmək üçün Nəmru’un dağ kimi atəşinə girməyə razı oldu. Atəş isə gül bağçasına çevrildi. Malını Allah üçün fəda etdi,  İbrahim Xəlil bərəkətinə nail oldu. Cənabi-Haqqa qurban dediyi övladını Allah üçün qurban etməyə razı oldu, Cənabi Haqq ona həm övladını bağışladı həm də Cənnətdən qurban endirdi. Beləcə Xəlilullah oldu, Cənabi-Haqqın dostluğuna nail oldu.
Yenə Rəbbimiz Qurani-Kərimində, özlərinə verəcəyi Cənnət müqabilində onların canlarını və mallarını satın aldığı daha neçə-neçə iman qəhrəmanlarını xəbər verir.
Əshabi-ı Uhdud, atəş dolu xəndəklərə içinə atılarkən, Həbibi Nəccar, zalım bir qövm tərəfindən daşlanarkən, Fironun sehrbazları, Musa (əs)-a iman etmələri səbəbiylə qolları və qıçları çarpaz kəsilib xurma ağaclarının asılarkən, Cənabi Haqqdan özlərini bu zülm və işgəncədən xilas edib dünyəvi rahatlığa qovuşmalarını istəmədilər. Onların tək arzuları, imanlarından dönmədən müsəlman olaraq can verib, axirətdə qazanclı çıxa bilmək idi. Bu səbəblə bir iman zəifliyi göstərməmək üçün, “…Ey Rəbbimiz! Bizə (bolluca) səbr əta et və bizi müsəlman olaraq öldür (Əl-Əraf, 126) deyə niyaz etmiş və öz Rəbblərinə şəhid olaraq qovuşmuşlardır.

Mənbə:islamveihsan.com

Read Previous

İLAHİ YARDIM KƏSİLƏRSƏ FƏLAKƏT O ZAMANDIR

Read Next

Dost seçimi haqqında hədisi şəriflər

One Comment

  • Salamun aleykum.
    Mənim sizin xütbələrinizə ehtiyacim vardir.mümkünsə paylaşin savaba nail olun.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.