• 03 Oktyabr 2024

Dostluq və onu ifadə edən Quran qavramları

“Dost”: bir insanı könüldən sevən,onun yaxşılığını istəyən,yaxşı və pis günündə yanında olan,ona kömək edən kimsəyə deyilir.Ziddi düşmandır.

“Dostluq:sevginin irəliləmiş halına deyilir.İnsan ancaq sevdiyi kimsə ilə dost olur.

“Dos” qavramı Quranda : “vəli”, “vali”, “məvlə”, “xalil”, “xullə”, “hamim”, “bitanə”,”sadiq”, “qarin”, “vəlicə”,”rafiq” və “habib” qavramları ilə ifadə edilmişdir.

“V-l-y” kökü: birinə yaxınlaşmaq, birinin işini üstünə götürmək,idarə etmək,birinə yaxşılıq etmək, kömək etmək mənasını verir.

Eyni kökdən gələn “vəli”(cəm-evliya):dost,sevən,kömək edən,qoruyan,baxan,birinin işini üstünə göyürən deməkdir.

“Vali” və “mevla” kəlimələri fail və məful anlamında işlədilir.Möminə “Allahın vəlisi” deyilə bilər ancaq ” Allahın mevlası”deyilə bilməz. Çünki ” mevla” kəliməsində sahib və malik olma,yardim etmə,işlərini yönətmə və qoruma anlamıda vardır.

“Xalil” (cəm-əxillə) kəliməsi: səmimi dost, “xullə” ( cəm-xiləl) isə dostluq mənasındadır.Digər yuxarıda sadaladığımız qavramlar Qurani kərimdə müxtəlif ayətlərdə keçmiş və möminlərin dost ola biləcəkləri insanların xususları ifadə olunmuşdur.

Bir insanı sevmək,onunla dost olmaq,sirlərini paylaşmaq,yaxşı və pis gündə birlikdə olmaq arzusu insanda doğuşdan vardır və insan buna möhtacdır. Dost seçərkən möminlərdən seçmək isalama görə dostluğun ən önəmli tərəfidir. Çünki “dost” insanı qurtuluşada,həlakada apara bilər.Bir çox  insanlar dostları üzündən pərişan olmuş,bir çoxlarıda dostları sayəsində yaxşılığa,xeyirə və xoşbextliyə çatmışdırlar.Peyğambərimiz (s.ə.s) bir hədisində belə buyurmuşdur: “Ancaq möminlə dostluq edin,yeməyinidə ancaq müttəqi insan yesin” (Əbu Davud,Ədəb,19,5,167).

Dostu olduğumuz kəsin davranış və sözləri əməl və dilimizə təsirsiz ötüşmür.Allahu təala bizlərə saleh dost və həqiqi dostluq nəsib etsin.

Read Previous

DƏRDİMİZ

Read Next

Sual: Nafilə namazları məsciddə qılmaq daha fəzilətlidir yoxsa evdə?