• 10 Dekabr 2024

Duası qəbul olanlar

Kimlərin duası məqbuldur? Allahı harada axtarmaq lazımdır? Duası qəbul olan üç sinif insan.
Rəsulullah (səs) Əfəndimiz belə buyurmuşdur: “Məqbul olduğuna şübhə olmayan üç dua vardır: Atanın evladına olan duası, müsafirin duası, məzlumun duası.” Başqa bir hədisdə: “Atanın oğluna duası, Peyğəmbərin ümmətinə olan duası kimidir.” buyurulmuşdur.
Zəiflər, qəlbi qırıqlar, fağırlar Allah-Təala qarşısında deyim yerindəysə “Naz Əhli” dirlər. Allah-Təaladan bir şeyin olmasını israrla niyaz və ümid edərək bunu insanlara and içərək söyləsələr, Allah onların üzlərini qara çıxarmaz.

DUASI BOŞA ÇIXMAYANLAR

Bir Hədisi-şərifdə belə əmr edilmişdir: “İçinizdə saçı-başı dağınıq, köhnə paltarlar içində, qəribə görünüşlü və insanların etibar etmədiyi elə insanlar var ki, Allah adına and içsələr, Allah onların andlarını boşa çıxarmaz… Bəra bin Malik də onlardandır.” (Tirmizi, Mənaqib, 54/3854) Ənəs bin Malikin qardaşı olan Bəranın (ra) dünyaya aid bir heç şeyi yox idi. Ölməyəcək qədər az azuqəylə yaşayır, ancaq bu fağırlığını səbir və təvəkküllə qarşılayırdı. Bəra (ra), Hz. Ömər dövründəki döyüşlərdən birində iştirak etmişdir. Bu müharibədə, müsəlmanların sayıları az və çətin vəziyyətdə idililər. Ordu komandanı, Bəra (ra)-dan müsəlmanların qələbəsi üçün and içməsini israrla tələb etdi. Sonra Hz. Bəra (ra): “Ey Rəbbim, onlara qarşı zəfər ehsan etməyin və məni Nəbiyyi-Əkrəm Əfəndimizə qovuşdurmağın üçün Sənə and içirəm…” dedi. Həqiqətən ertəsi gün zəfər nəsib oldu və Bəra (ra) da, şövqlə arzuladığı şəhadət şərbətini içdi. (Hakim, III, 331/5274)
Həzrəti Peyğəmbər (səs) belə, Allahdan qələbə və kömək istədiyi zaman mühacirlərin zəifləri və fağırları vəsiləsiylə niyaz edər və belə buyurardı; Mənə zəiflərinizi çağırın. Çünki siz, yalnız zəiflərinizin dua və bərəkəti ilə rızıqlandırılır, və kömək olunursunuz. “(Əbu Davud, Cihad, 70)

Malik bin Dinardan gələn aşağıdakı rivayət qırıq qəlbli insanların vasitəsiylə Allahın rızasını qazanmağa nümunə təşkil etməktədir. Həzrəti Musa (əs) bir dəfəsində Allaha dua edərkən : “Ya Rəbbi! Səni harada axtarım” dedi; Allah Təala da buyurdu: “Məni qəlbi qırıqların yanında axtar”! (Əbu Nuaym, Hilyə, II, 364)

Mənbə:islamveihsan.com

Read Previous

fərqində olmadan işlənən günah

Read Next

Dua edərkən diqqət ediləcək 10 xüsus

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.