• 03 Oktyabr 2024

Dünya ehtiraslarına qapılıb axirəti unutmaq

dunyalikDünyanın keçici nemətlərinin arxasınca qaçan, bu fani nemətlərə çatabilmək üçün yorulub əldən düşən insanoğlu üçün bu sözlər nə qədər da mənalıdır:
“Aləm yaradıldığından bəri, heç bir quş, qonşusundan daha çox və daha yaxşı yuva tikməklə məşğul olmadı; heç bir tülkü gizlənəcək tək bir oyuğum var deyə özünü xarab etmədi; heç bir dələ, bir deyil də iki qışa çatacaq qədər qoz toplamadığı üçün narahatlıqdan ölmədi və heç bir köpək yaşlılıq illəri üçün yığılmış sümüyü olmadığını dərd edərək yuxusuz qalmadı.”
Bİr gün qəfil əcəlin gəlişi ilə sona çatacaq dünya həyatını bir az daha firavan hala gətirə bilmək üçün, o qədər stress və ehtirasla çalışıb, əbədi həyatı unutmaq nə qədər acınacaqlı bir aldanışdır!
Dünyəvi ehtiraslarla ömrümüzü tükətmək, axirət məsuliyyətlərini, qulluq vəzifələrini, ibadət, itaətləri təxirə salmaq, böyük bir aldanışdır. Çünki sabahı görüb görə bilməyəcəyimiz məchuldur. Heç birimizin bu barədə təminatı yoxdur. İnsan üçün hər gün, sabahı olmayan son gün olmağa namizəddir.
Bir qəbristanlığı ziyarət etdiyimizdə, özümüzdən daha kiçik yaşda vəfat etmiş neçə-neçə insanın qəbrinə şahid oluruq. Demək ki ölümün yaşı yoxdur. Hər insan ölə biləcək yaşdadır. Bu səbəbdən əcəlimizin bitməsinə daha çox vaxt qaldığını zənn edərək, axirət hazırlığına laqeyd yanaşmaq qədər dərin bir qəflət ola bilməz.
Axirətin sonsuzluğu qarşısında dəryadan bir damla hökmündə belə olmayan dünya həyatı, beşiklə tabut arasındakı məsafəyə sığmayacaq qədər ülvi bir həqiqətdir. O halda “Həyat nədir?” Sualına, yalnız “torpağın rütubəti və məzar daşlarının qatı səssizliyi” cavab olaraq yüksələcəksə, belə bir qəflətlə ziyan edilmiş fani bir həyatdan daha acı nə ola bilər?
Həzrəti Osman (ra)-ın nəsihətləri
Həzrəti-i Osman (ra)-ın bu xəbərdarlıqları nə qədər də hikmətlidir:
“Ey Adəmoğlu! Unutma ki dünyaya gəldiyin gündən bəri, ölüm mələyi arxaca gəzib dolanmaqdadır. Bir tərəfdən də sənin üzərindən adlayaraq bir başqasını tutmaqdadır. Sən dünyada olduğun müddətcə bu belə davam edəcəkdir. Ancaq bir gün gələcək ki başqalarının üzərindən adlayıb səni yaxalayacaqdır. Bu, heç gözləmədiyin bir anda da ola bilər. Elə isə son nəfəsə daim hazırlıqlı ol və qafil yaxalanmamağa çalış. Çünki ölüm mələyi səndən əsla qafil deyildir.

Ey Adəmoğlu! Bilmiş ol ki, əgər sən öz nəfsindən qafil olur və özün üçün hazırlıq etməzsənsə, əlbəttə ki başqası sənin üçün hazırlıq edəcək deyil. Allahın hüzuruna mütləq çatacağını ağılından çıxarma və bunun üçün də nəfsinin hazırlığını tamamla və ona ruzi edin. Əsla bu işi başqasına həvalə edim demə! “(Ali əl-Müttəqi, no: 42790)
Bu səbəblə bu növ həqiqətlərin şüur ​​və idrakı ilə iman fərasətinə sahib olan əcdadımız,qəbristanlıqları şəhər içərisində və xüsusilə məscid önlərində salmışlar ki, insanlar orada tez-tez öz gələcəklərini təfəkkür etsinlər. Dünya həyatının faniliğini yaxından hiss etsinlər ki axirəti unutmasınlar. Gəncliklərində, sağlıqlarına, güc-qüvvələrinə aldanıb özlərini dünyada qalıcı zənn etməsinlər. Boş və faydasız şeylərdən üz çevirsinlər. Əsl lazımlı olan axirət sərmayəsini bir an əvvəl tədarük etməyə çalışsınlar.
Çünki arxasında böyük bir ömür tükətməkdə olan fani və nəfsani dünya nemətləri; son nəfəsdə, qəbirdə və axirətdə heç bir işə yaramayacaq. Necə ki belələri üçün ayəti kərimədə:

“عاملة ناصبة: Çalışmış, (lakin boşuna) yorulmuşlar.” (Əl-əl-Ğaşiyə, 3) buyurulmaqdadır. Yəni axirətsiz bir dünya xəyalı, sırf dünyasını abadlıq etmək üçün yorulub axirətini xarab edən insana, hesab günündə dəhşətli bir nədamətdən başqa bir şey qalmayacaqdır.
O halda fürsət əldən getmədən, bütün fani nemətləri əbədi səadət sərmayəsi edə bilmək üçün səy göstərməliyik. Rəsulullah (səllallahu əleyhi və səlləm) əfəndimiz, bu barədə biz ümmətinə belə xəbərdarlıq etmişdir:
“Beş şey gəlmədən əvvəl beş şeyi qənimət bil:
Yaşlılığından əvvəl gəncliyini,
Xəstələnmədən əvvəl səhhətini,
Kasıblığından əvvəl zənginliyini,
Məşğul vaxtlarından əvvəl boş vaxtlarını və
Ölümündən əvvəl həyatını! “(Hakim, Müstədrək, IV, 341; Buxari, Rikak, 3; Tirmizi, Zühd, 25)

Mənbə:İslamveihsan.com

Read Previous

Zindanda da olsa təbliğ

Read Next

Dekabr 2015

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.