• 25 Dekabr 2024

Dünya Onunla Şərəfləndi

peygember-movlud.[1]
Möhtərəm möminlər!
Miladi tarixlə 571-ci ilin Qəməri aylardan Rəbiül əvvəl ayının 12-ci gecəsi Məkkə şəhərinin Əbdülmuttəlib məhəlləsində müqqəddəs bir doğum gerçəkləşdi. Nəbilərin əfəndisi, aləmlərə rəhmət olaraq göndərilən, Hz. Muhamməd Musdafa (səs) dünyanı şərəfləndirdi.
Düz 14 əsr bundan əvvəl Rəbiül əvvəl ayının 12-ci gecəsində dünyaya gələn Hz. Rəsulullah (səs) doğulmadan 52 gün əvvəl atası Abdullahı, 6 yaşındaikən, anası Əminəni və səggiz yaşında da babası Əbdülmüttəlibi itirdi. Ata, Ana və Babadan yetim qalan Rəsuli Əkrəm (s) əmisi Əbu Talibin himayəsinə girdi. İyirmibeş yaşında Hz. Xədicə validəmizlə evləndi. Bu evlilikdən Fatimə, Ruqiyyə, Ümmü Gülsüm, Zeynəb, Qasım və Abdullah, adlarında övladları oldu. Hz. Fatimə xaric, hamısı Peyğəmbərimizdən (səs) əvvəl vəfat etdilər. Peyğəmbərimiz (səs) qırx yaşına gəldiyi zaman şəxsində İslam günəşi doğdu. O artıq insanları haqqa dəvət etməyə başladı. Allahdan başqa ilah olmadığını, özünün isə Allahın qulu və Rəsulu olduğunu bildirdi. İslam günəşindən hər kəsin istifadə etməsini istədi. Gündən günə bu dəvəti eşidib əməl edənlər çoxaldı.

İslamın sürətlə yayıldığını, müsəlmanların da getdikcə çoxaldığını görən müşriklər Hz. Rəsulullahı (səs) yolundan döndərmək üçün bəzi təklif və vəədlər verdilər. Ancaq bütün bu təklif vəədlərə qarşılıq Rəsuluıllahın cavabı bu oldu: “ – Nəfsim əlində olan Allaha and içirəmki sag əlimə günəşi, sol əlimə də ayı qoysanız belə yenə mən bu haqq davamdan vaz keçən deyiləm.”
Möhtərəm müsəlmanlar! Haqq mücadiləsinə yorulmdan davam edən O böyük Peyğəmbər (səs) nəhayət miladi 622-ci ilin səfər ayının sonlarında Allahın izniylə Məkkədən Mədinəyə hicrət etdi.

İslamı yaymağa haqq davasına orada da davam etdi. İki nəfərlə Məkkədən ayrılan Rəsulullah (səs), on il sonra yüzmindən çox bir müsəlman qafiləsi ilə Vəda həcci üçün təkrar Məkkəyə gəldi. Artıq İslam kamilləşmiş, Qurani Kərim tamamlanmışdı.
Həcc vəzifələrini yerinə yetirdikdən sonra Mədinəyə dönən Hz. Rəsulullah (səs) Allahın ona vermiş olduğu vəzifəsini yerinə yetirmənin sevinci içərisində hicrətin onbirinci ilində Rəbiül əvvəl ayında ruhunu təslim etdi.
Əziz möminlər! Artıq Hz. Rəsulullah (səs) aramızdan ayrıldı. Allaha qovuşdu. Ancaq Onun təbliğ etdiyi Qurani Kərim dip-diri və təp-təzə qalaraq əlimizdədir. Onun yerləşdirdiyi iman, hər zaman qəlbimizdə və onun O Nurlu sünnəsi, daima önümüzdədir. Bizə düşən vəzifə isə onun yolundan ayrılmamaqdır. Oxuduğum hədisi şərifdə O belə buyurur:
“Mənim sünnəmi (yolumu) tərk edən məndən deyildir.”
Hər şeyimiz Odur. Örnəyimiz Odur. Ondan başqa heç kəs bizim üçün həqiqi örnək deyildir. Necəki Uca Allah Qurani kərimdə belə buyurur:
“Həqiqətən Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün nümunədir.”
Xütbəmə bir hədisi şəriflə son verirəm:
“Sizə iki şey buraxdım. Onlara (möhkəm) sarıldığınız zaman heç vaxt yolunuzu azmazsınız. (Biri) Allahın kitabı (Qurani Kərim); (digəri isə) Allah Rəsulunun sünnəsidir.”

18 Yanvar 2013 /6 R.Əvvəl 1434

Read Previous

Əsrimizin xəstəlikləri

Read Next

Müsəlman turistlərin üstünlük verdiyi ölkələr

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.