• 28 Mart 2024

Elşad İskəndərov işdən çıxarıldı

59786Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov vəzifəsindən azad edilib.

ANS PRESS-in məlumatına görə, komitə sədrinin tutduğu vəzifədən azad edilməsi ilə bağlı Azərbaycan Respublikası prezidenti sərəncam verib.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alınır ki, Elşad Hüseyn oğlu İskəndərov Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilsin.

Xatırladaq ki, Elşad İskəndərov 1993-1995-ci illərdə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının “Tarix” qəzetinin redaktoru vəzifəsini icra edib. 1999-cu ildən isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində fəaliyyətə başlayıb. 2000-2005-ci illərdə Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin I katibi vəzifəsində çalışıb. 2004-cü ildə Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun baş katibi seçilib. 2007-ci ildən İslam Konfransı Təşkilatı Dialoq və Əməkdaşlıq uğrunda gənclər forumunun İstanbulda yerləşən baş ofisində baş katib vəzifəsində çalışıb. 2009-cu ilin mart ayında Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə Elşad İskəndərova Azərbaycan Respublikasının Fövqaladə və Səlahiyyətli Səfir rütbəsi verilib. 31 may 2012-ci ildə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilib.
Mənbə
ANS PRESS

Read Previous

Abort edənlər məsuliyyətə cəlb oluna bilərlər

Read Next

ƏN GÖZƏL AİLƏ BAŞÇISI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.