• 22 Dekabr 2024

Ən zalımımız kimdir?

zalimÜç nəfər zalım insan bir yerdə görüşüb bir-birləri ilə “içərinizdə ən zalım olanınız mənəm” deyərək müzakirə etməyə və öyünməyə başlamışlar. Nəhayət aralarından ən zalım olanını seçməyə qərar vermişlər.
Onlardan biri o əsnada yoldan keçməkdə olan kiçik bir uşağı alıb yerə çırparaq:
“-Ən zalımınız mənəm! Baxın görün bu qədər kiçik bir uşağa nə etdim” deyər.
İkincisi, yerdə yatmaqda olan həmin uşağı təpikləyərək, divardan divara vurub deyir ki:
“-Mən Daha zalımam baxın mən bu günahsız uşağa nələr etdim”. Bütün bunları bir kənarda dayanıb səssizcə izləyən üçüncü adam:
“-Boş yerə əziyyət çəkməyin, ən zalımınız mənəm” deyincə digərləri:
“-Bizim bu uşağa eləmədiyimiz zülm qalmadı, sən isə heç barmağını belə tərpətmədin, Sən bizim ən zalımımız necə ola bilərsən?”
Üçüncü adam onlara bu cavabı verir:
“-Doğru Deyirsiniz, ancaq sənin yerə çırpdığın, sənin də divardan divara vurduğun bu uşaq mənim qardaşımdır. Onun başına gələnləri görməməzlikdən və eşitməməzlikdən gəldim, barmağımı belə tərpətmədim, məndən daha zalım hansınız ola bilər ki?”.

Hələb yanır …
Hələb ölür …
Ümmət oyanmır…
Ya Rəbbi, bütün məzlumlara və Hələbə yardım et, Bizləri Qardaşlıq imtahanında məhcub eləmə…

Read Previous

Dekabr 2016

Read Next

Övladımıza özünə güvənməyi necə öyrətməliyik

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.