• 22 Dekabr 2024

Övladımıza özünə güvənməyi necə öyrətməliyik

cocuga_ozguven_qazandirmaqÖvladımıza məsuliyyət duyğusunu və özünə inanmağı necə öyrədə bilərik? Böyüməkdə olan uşaqlarımızla necə rəftar etməliyik? Valideynlərə uşaqların inkişafı üçün çox qiymətli tövsiyələr…
Valideyinlər övladlarının məktəbdə müvəffəq, dərs çalış demədən dərslərinə çalışan və məktəbin ən nümunəvi şagirdi olmalarını istəyərlər.
Bundan əlavə olaraq ata-analar uşaqlarının, məktəb həyatında olduğu kimi, ictimai həyatda da məsuliyyətli olmaqdan və məsuliyyəti yerinə yetirməkdən qorxmayan, öz işlərini özləri görən və özünə güvənən bir fərd olmalarını istəyərlər. Lakin onların istəməsinə baxmayaraq bunun tam tərsi də baş verə bilər.
Bunun birinci səbəbi uşaqlardan istənilən şeyin uşaqların qabiliyyət və bacarıqlarından yüksək olmasıdır. Ümumiyyətlə hər kəs uşağının ağıllı və qabiliyyətli olduğunu düşünür, lakin onların çox dərs çalışmadığından şikayətlənərlər. Halbuki bu, uşaqların kiçik yaşdan etibarən onların zehinlərinin inkişaf etdiyi vaxtlarda hər şeylə oynamaq istəməsi, valideyinlərin isə ona toxunma, bunu qurdalama, oraya getmə… kimi əmrlər verməsi uşaqlara nələri etməmələri lazım olduğunu öyrədir. Bunun nəticəsində dərs çalışmayan, araşdırma etməyən, yaşadığı çevrəni incələməyən, kitablardan uzaqlaşan uşaqlar, böyüdükləri zaman yalnız ətrafı müşahidə edən, lakin araşdırma istəyi azalmış, nə edəcəyini bilməyən və dərs çalışmaq istəməyən uşaq olacaqlar.
İkinci olaraq da uşaqların güvən və məsuliyyət duyğularının inkişaf etdirlməsi mövzusunda valideyinlər, onları tərəddüd içərisində qoyur. Bunun nəticəsində də dərs çalışma mövzusunda uşaqlara sonuna qədər güvənildiği halda, öz qərarlarını vermə və tətbiq etmə mövzusunda onlara lazım olan güvən və dəstək verilməməkdədir.
Uşaqların qabiliyyət və bacarıqlarına uyğun olaraq onlardan istənilən davranışlarla yanaşı, uşaqların mənlik və məsuliyyət duyğuları inkişaf etdirilməlidir. Özünə güvənmədən görülən işlər, payızdakı ağacın yarpaqları kimidir. Ən kiçik bir küləkdə yerlə bir olarlar.
Toplumlumuzda ümumiyyətlə uşaqlar, məsuliyyət duyğusu inkişaf etmiş bir fərd olaraq deyil, başqasından asılı olan birisi olaraq yetişdirilir. Bunun nəticəsində bu uşaq, asılı şəxsiyyətə bağlı olaraq, yoldaşlıq qurmaqdan çəkinən, içinə qapanmış, öz ayaqları üzərində dayana bilməyən, öz qərarlarını verə bilməyən uşaq olaraq qarşımıza çıxmaqdadır.
Valideyinlər uşaqlarının bütün hal və hərəkətlərinə o qədər çox müdaxilə edirlər ki, onların geyəcəkləri ayaqqabıdan tutmuş seçəcəyi peşəyə qədər onların işlərinə qarışmaqdadırlar. Yenə uşaqların nə vaxt, harada və necə dərs çalışacaqlarına belə valideyinlər qərar vermək istəyirlər. Hata bəzi ailələr əllərindən gəlsə və icazə verilsə uşaqlarının imtahanlarına girmək istəyəcəklər.
Uşaqlar müəyyən bir yaşa çatdıqları zaman da “Bu boyda adam olmusan, mənsiz heç bir iş görə bilmirsən.” Deməyə başlayırlar. Valideyinlərin bu davranışı, qanadları yonulmuş quşudan uçmaq istənməsinə bənzəyir.
Uşaqları məktəbdə və ictimai həyatlarında müvəffəqiyyətli kəslər olaraq görmək istəyiriksə, uşaqların yerinə onların işlərini görməkdən və onların işlərini düşünməkdən əl çəkməliyik.
Uşaqların yaşlarına uyğun vəzifələr verilərək onlar cəsarətləndirilməli, uşağın əməyi və etdikləri təqdir edilərək bəzən mükafatlandırılmalıdır. Uşaqları başqaları ilə müqayisə etmək yerinə, onların dünəni ilə bu günü müqayisə edilməlidir. Uşağın mənfi davranışları yerinə müsbət davranışları göstərilərək şəxsiyyətləri yüksəldilməlidir.
Bunların xaricində:
1. Ailə içərisindəki danışıqlarda uşaqlara söz haqqı verilməlidir.
2. Uşaqların mənfi davranışları yerinə müsbət davranışları görülərək, onlara uyğun bir şəkildə başa salınmalıdır.
3. Uşaqlardan istədiyimiz davranışlar onların yaşlarına və qabiliyyətlərinə uyğun olmalıdır.
4. Uşaqların yaş və səviyyələrinə uyğun məsuliyyətlər verilərək onlar cəsarətləndirilməlidir.
5. Ailə içində uşaqların da dəyərli və qiymətli olduqları hissetdirilməlidir.
6. Uşaqları boş yerə mühakimə etməkdən qaçınmalı və onlara uyğun olmayan cəzalar verilməməlidir.
7. Uşaqlarda görülən mənfi davranışları tez-tez onların üzünə vurmaqdan və onları başqaları ilə müqayisə etməkdən qaçınılmalıdır.
8. Uşaqların ictimai tədbirlərə qatılmaları və bu tədbirlərdə hər hansı bir vəzifəni yerinə yetirmələri təşkil edilməlidir.
9. Uşaqların evə gələn qonaqlarla birlikdə oturmalı və onlara da söz haqqı verilməlidir.
10. Uşaqların mənfi davranışlarına həddindən artıq reaksiya verməkdən və tənqid etməkdən qaçınılmalıdır.
Nəticə olaraq bunu unutmamaq lazımdır ki, uşaqların, özlərinə güvənmə duyğularını inkişaf etdirmək üçün onlara öz qabiliyyətlərinə uyğun məsuliyyət vermək lazımdır.

Mənbə:islamveihsan.com

Read Previous

Ən zalımımız kimdir?

Read Next

Qafqazın ən hündür minarəli məscidi AZƏRBAYCANDADIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.