• 23 Dekabr 2024

Evlənmədən öncə nişanlı cütlüklərin bir-biriləri ilə davranış qaydaları

images1

Sual:Kəbinsiz bir-birimizlə təklikdə görüşməyin halal olmadığını bilirik və buna riayət etməyə çalışırıq. Xahiş edirəm bu mövzuda islami baxımdan necə qərar verə biləcəyimizə kömək edəsiniz ki, günah və harama girməyək.

Cavab: Nişan bir əqd (nikah müqaviləsi) deyil, sadəcə olaraq evlənməklə bağlı bir vəddir. Ona görə də nişanlılara sözügedən vəd baş-başa qalmaq və tənhalıqlarda görüşmək hüququ vermir. Lakin ailə üzvlərinin və ya başqalarının olduğu yerlərdə nişanlıların görüşməsi və quracaqları ailə həyatı ilə bağlı qarşılıqlı fikir mübadiləsi etmələri caizdir. Bundan əlavə bayramlaşmaq və digər bu kimi görüşlərdə ailənin digər üzvləri ilə birlikdə görüşmək mümkündür.

   Odur ki, nişanlıların heç kəsin olmadığı və tamamilə qapalı yerlərdə təkbaşlarına qalmaları düzgün deyil. Çünki Hz. Peyğəmbər (s.ə.s): “Bir şəxs yad bir qadınla təkbaşına qalarsa, üçüncüləri şeytan olar”, – buyurmuşdur (Buxari, Nikah, 3; Tirmizi, Rəda, 15). Vurğulamaq lazımdır ki, nişanlıların təkbaşlarına qalması cinsi baxımdan sərbəst olmalarına şərait yaradır. Nişanın pozulması nəticəsində isə xüsusilə qadın tərəfin zərərçəkən tərəf olduğu məlumdur.

   Kəbin kəsdirmək məsələsinə gəlincə, nişanlıların kəbin kəsdirmələrindəki əsas məqsəd nişanlılıq dövründə sərbəst görüşmək, gəzmək və təkbaşına qalmaqdır. Məhz bu səbəbdən də nişanlılıq dövründə bəzi məsələlərə diqqət etməyi məsləhət bilirik. Belə ki, nişanlılıq dövrü çox uzun müddət çəkməməli, hardasa 6 ayla 1 il arası normal müddət hesab oluna bilər. Rəsmi nikahdan əvvəl kəbin kəsdirilməməlidir. Çünki kəbin onlara cinsi məsələlərdə daha sərbəst davranmaq fürsəti verir və xüsusilə də nişan pozulanda peşmançılıqlara səbəb olur.

mənbə:

irfandergisi.com

Read Previous

ƏN GÖZƏL AİLƏ BAŞÇISI…

Read Next

Qurana hörmətsizlik edənlər cərimə olundular

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.