İngiltərədə müsəlmanların müqəddəs kitabı Qurani Kərimə hörmətsizlik edən iki qadın azarkeş cərimə olundular. ANS PRESS-in xəbərinə görə, məhkəmə “Middlesbrough” azarkeşi iki qadını 1350 funt-sterlinq (1 788 azn) ödəməyə məhkum edib.
Məlumata görə, ötən ilin dekabr ayında 50 yaşlı azarkeş Culiya Filips və 18 yaşlı Qemma Parkin futbol qarşılaşmasında Quran səhifələrini ciraraq havaya atıblar. Onlar həmçinin stadionda irqçi şüarlar da səsləndiriblər.
Bundan başqa həmin qadınlar cırdıqları müqəddəs kitab səhifələrini havaya atmaları üçün başqa azarkeşlərə də veriblər.
Quran səhifələrini cırdığını qəbul edən Culiya Filips bunun Quran olduğundan xəbərsiz olduğunu iddia edib.
mənbə: