• 02 Dekabr 2024

FƏDAKARLIQ NÜMUNƏLƏRİ

anne-babaÜzərimizdə ən çox haqqları olan şəxslər, heç şübhəsiz ki ata-analarımızdır. Təbii ki Rəbbimizdən sonra. Çünki dünyaya gəliş səbəbimiz olan valideyinlərimiz, qarşılıq gözləmədən verən, bir fədakarlıq abidələridir . İtaət etməsək belə dəstəyini bizdən əsirgəməyən cənnət vasitələrimizdir. Dünyalıq adına bizə verilən ən qiymətlilərimizdir.

Bir məktəbdir valideyn. Övladın; vəfanı, mərhəməti öyrəndiyi bir məktəb. Yalnız Allaha qul olmaq üçün gəldiyimiz bu dünyada, sevginin necə meydana gələ biləcəyini göstərir bizə. Bu məktəbi keçə bilməyənlər, övladına ana ata, ətrafındakılara dost, Rəbbinə qul ola bilər mi? Onu, doqquz ay bətnində əziyyətlə daşıyan, doğulduğu andan etibarən də gecə-gündüz, gənclik-qocalıq, varlıq-yoxluq demədən həyatını fəda etdiyi anasına nankorluq edən bir insanın, digər varlıqlara qarşı -Rabbi də daxil- vəfakar olması düşünülə bilməz. Çünki insanın hər hansı bir hadisə qarşısındakı rəftarı, onun necə bir xarakterə sahib olduğu haqqında məlumat verir.

Allah Təalanın, ana ataya ehsanı, özünə qulluqdan sonra birinci olaraq zikr etməsi, (Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara, yaxın və uzaq qonum-qonşuya, yol yoldaşına, müsafirə və sahib olduğunuz (kölə və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü öyənləri və lovğalıq edənləri sevmir. Nisa, 36, İsra, 17) bu məktəbin nə qədər qiymətli olduğunu göstərir. Üstəlik bu məsələnin əxlaq ölçüsündən daha çox iman ölçüsü olduğuna işarə edir. “Rəbbin yalnız Ona ibadət etməyi, ana atanıza yaxşılıq etməyinizi (onlara yaxşı rəftar göstərməyi ) qəti bir şəkildə əmr etdi.” (İsra 17/23). Bu əmrin, başda Yəhudiliyin on əmri olmaq üzrə köhnə şəriətlərdə da olması, onun nə qədər köklü olduğunun nümunəsidir.

Quran-ı Kərimdə ana-ata ilə əlaqədar ayələrə baxdığımızda görürük ki əmredilən, valideyinlərə mütləq itaət deyil, ehsandır. “Biz insana, ana-atasına yaxşı davranmasını (lütfkarlığı) tövsiyə etdik … Əgər onlar səni, haqqında məlumatın olmayan bir şeyi (kor-koranə) Mənə şərik / ortaq qoşmağın üçün məcbur etməyə cəhd göstərsələr, onlara itaət etmə. Yenə də onlarla dünyada yaxşı dolan. Sən Mənə yönələnlərin yolunu izlə. Sonra isə dönüşünüz ancaq Mənədir. O zaman sizə, nə etdiklərinizi xəbər verərəm. “(Loğman 14-15)

Ayənin nazil olma səbəbi ilə əlaqədar olaraq nəql edilən rəvayət, mövzunu işıqlandırmağa kafidir. Anasının bir dənəsi olan Sad b. Əbi Vəqqas, 17 yaşında müsəlman olmuşdu. O günlərdə yaşadıqlarını belə izah edir: “Mən anama qarşı çox mehriban və səmimi davranırdım. Müsəlman olduğum zaman anam bundan istifadə edərək məni İslamdan döndərmək istədi və: ‘Ey Səd! Bu yeni din də nə olan şeydir? Ya bu dini tərk edəcəksən yaxud ölənə qədər yeyib içməyi buraxacağam! ‘Dedi. Mən ona: ‘Anacığım əsla belə bir şey etmə! Çünki mən qətiyyən bu yeni dinimi buraxmayacağam. ‘Dediyim halda o, yeməyi içməyi buraxdı. Bu hal bir müddət davam etdi. Mənim bütün cəhdlərimə baxmayaraq ağzına bir şey qoymadığından anam getdikcə ərimiş, bitkin düşmüşdü. Ona: “Ana, Allaha and olsun ki, sənin yüz canında olsa və bu canların hər gün bir-bir çıxmağa başlasa, mən bu dinimi tərk etməyəcəm! ‘Dedim. Mənim bu əzmimi və qəti qərarımı görüncə yeyib içməyə başladı. Bu hadisə üzərinə bu ayə nazil oldu. ”

Mənbə:gencdergisi.com

Read Previous

MÜSƏLMANIN DANIŞMA ÜSLUBU NECƏ OLMALIDIR?

Read Next

Şəkili övliya: MƏHMƏD ZAHİD QOTQU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.