• 03 Noyabr 2024

Gözəl insan ola bilirikmi?

Son dövrlərdə insanlar arasında müraciət formasında işlənən bir ifadə var:

“Gözəl insan”

Gözəl insan olmaq…

Əslində bu, hər bir insanın arzusudur.

Ümumiyyətlə insan yaradılış olaraq gözəl yaradılmışdır. Cəmil (gözəl) olan və gözəl olanı sevən uca Yaradan belə buyurur:

“Biz insanı ən gözəl surətdə yaratdıq!” (Tin, 4)

 Deməli, “gözəl insan” olmaq arzusu hər bir insanın fitrətindən gəlir. Hər bir kəs insanam deməklə əslində özünü xüsusi bir gözəlliyə nisbət edir. Və bu gözəlliyi qoruyub saxladığı ölçüdə “gözəl insan” olur.

Əks təqdirdə…

 “Gözəl insan” olmaq çətindir…

 “Gözəl” in yanlış yerlərdə axtarıldığı bir dövrdə, var- dövlətin, vəzifənin, zahiri görünüşün daha mühüm olduğu bir dövrdə, gözəl paltarın çirkinlikləri, vəzifənin bacarıqsızlığı, var-dövlətin əxlaqsızlığı örtdüyü bir vaxtda “gözəl insan” olmaq doğrudan da çətindir…

 Bu gün elə bir dövrdə yaşayırıq ki , Allahdan çox digər insanlar tərəfindən təqdir edilmək istəyirik. Xeyirxah əməllərinin hər yerdə və hər kəs tərəfindən danışılmasını, reklam edilməsini istəyir bu günün insanı.

“Gözəl insan” olmaq çətindir, bu gün… Çünki bu günün insanı real həyatın deyil, saxta şəkildə uydurulan dünyanın ağuşuna atmışdır özünü. Həqiqəti axtarma qabiliyyətini itirmiş, ona “həqiqət” deyə qəbul etdirilən şeylərin müdafiəçisi olmuşdur bugünün insanı.

 Bugünün insanı hörmət və ehtiramı itirmişdir. Bu günün insanı üçqn cilddəncildə girmək, artistik, arsızlıq, yaltaqlıq məharət sayılır. Çünki bugünün insanı vicdanının səsinə qulaqlarını qapamış, yaradılış qayəsinə uyğun deyil, keyfi istədiyi kimi yaşama qəflətinə düşmüşdür. Beləliklə, bubgün insan “alçaq dağları özünün yaratdığına” inanacaq qədər korlaşmışdır. Elə bu korluq onu yaradılışını unudaraq ” mənəm-mənəmlik” iddiasına salmışdır.

 “Gözəl insan” olmaq çətindir… Çünki bugünün insanı ” bir gün öləcəyini” unutmuşdur.

 Bütün bunların nəticəsində bu gün cəmiyyətdə bir- birlərinə “gözəl insan” deyərək iltifat edən, ancaq əslində heç də “gözəl olmayan insan” tipləri formalaşmışdır.

 Bəs ” gözəl insan” kimdir?..

 Bu suala müxtəlif cavablar vermək mümkündür və əminəm ki, hər kəs öz prizmasından bu sualı cavablandıraraq özünü və ya istədiyi şəxsi ” gözəl insan” kateqoriyasına daxil edə bilər. Ancaq bu bir həqiqətdir ki, insanın yaradıcısı Allah olduğu üçün yatadığı qullarının gözəl və ya çirkin olacağını o müəyyən edir. Yəni gözəl və ya çirkin ölçüsünü O qoyur:

 “Yaxşı əməl sahibi olan, özünü Allaha təslim edən, İbrahimin hənif dininə tabe olan şəxsdən din etibarilə daha gözəl kim ola bilər?” (Nisa, 125) buyuraraq gözəl insan” ın gedəcəyi yolu göstərir.

 Bu yolda Yaradanın göstərdiyi “gözəl örnək” var. Bu yolda Rəbbin yoluna ” gözəl sözlə” dəvət var. Bu yolda olan hər insan yaradılış məqsədini itirməyən “gözəl insan”dır.

  O “gözəl insan” ki, sinəsində Allahın zikri ilə dolmuş bir ürək daşıyır. Bəli, Yaradanının zikrindən qafil olan ürək necə gözəl ola bilər ki?

 Dili daim haqqı söyləyir

” gözəl insan” ın gözü baxması lazım olana baxır. Haramlara qarşı kordur.

 Qulağı özünə aid olmayanı eşitmir.

Qeybət və dedi-qoduya qarşı kardır.

 Əlləri daim ehtiyacı olanlara uzanır.

 Ayaqları gözəl yerlərə aparır sahibini. Və bu yolun sonu dünyada da, axirətdə də gözəllik olur. Deməli, “Gözəl insan” ona verilən ömür payını təyinatına uyğun istiqamətdə yaşayan və üzünün ağı ilə axirətə köçə bilən insandır.

 Bəs görəsən insan “gözəl olma” vəsfini nə zaman itirir?

 Allah qulunun həyatına həyatına girən hər yanlışı, hər çirkinliyi Yaradanla əlaqəni kəsmə səbəbi olaraq görür. Ona görə də yaradılışa uyğun olmayan əməlləri günah adlandırır. Günah isə çirkinlikdir. Belə ki, Qurani- Kərimdə bəzi günahlar üçün ” “Şeytan əməlindən olan murdar bir şey”. (Maidə, 90) ifadəsi işlədilir. Deməli, hər bir insan günahı niabətində ” gözəl insan” olma keyfiyyətini itirir. İnsanın həyatında yer tutan hər yanlış, hər pislik insanı çirkinləşdirir.

 Yalanla, qeybətlə kirlənən dil gözəl ola bilərmi?

  Harama baxan gözlər gözəl ola bilərmi?

  Hər yerə şəklənən qulaq gözəl olarmı?

  Haramlara? israfa bulaşan əl gözəl ola bilərmi?

  O halda belə demək mümkündür ki, hər insan günahdan uzaq olub gözəllik vəsfini hansı ölçüdə qoruya bilirsə, o keyfiyyətdə insan olur.

Read Previous

Sevgi

Read Next

Ərəb dili Dərsləri – Birinci Dərs

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.